Tələbə qızların nədən zəhərləndiyi BİLİNDİ - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İlkin araşdırmalara və digər tələbələrin verdiyi məlumata görə, zəhərlənmə ev şəraitində hazırlanaraq konservləşdirilmiş və ya marketdən alınmış qidalardan ola bilər. Hadisə gecə saatlarında baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev deyib.
O bildirib ki, tələbələr özlərini yaxşı hiss etmədiklərinə görə təcili tibbi yardım çağırılıb: "3 tələbə olub otaqda. Onların vəziyyəti yaxşılaşandan sonra tibbi yardım binanı tərk edib. Amma çox təəssüf ki, səhər saatlarında tələbələr yenidən özlərini pis hiss ediblər. Onlardan biri dünyasını dəyişib. Ailəsinə başsağlığı veririk.
Prorektor əlavə edib ki, digər iki tələbə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alır: "Onlar həkimlərin tam nəzarəti altındadır, şükür ki, həyati təhlükələri yoxdur. Hadisə özü isə birbaşa universitetin rəhbərliyinin tam nəzarətindədir. Bu hadisədən çox təəssüflənirik..."
Əliş Ağamirzəyev BDU-nun tələbələrinə tövsiyə də verib: "Öz qidalarına, gigiyenik qaydalara riayət etsinlər ki, belə bədbəxt hadisələr baş verməsin".
Prorektor vurğulayıb ki, yataqxana binasında qaz olmayıb. Qeyd edib ki, hazırda həkimlərin yekun rəyini gözləyirlər.
Dilrubə Quliyevanın əmisi İlqar Quliyev qardaşı qızının vəziyyəti ilə bağlı açıqlama verib. O, tələbələrin qidadan zəhərləndiyini qeyd edib:
"Qida zəhərlənməsidir. Baş həkimlə görüşdüm, ümidverici danışdı. Üçü də eyni balıqdan zəhərlənib".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Şəbnəm Tovuzlu geyim ilə müzakirə yaratdı - (Video)
-
Bakıda dəbdəbəli toy: Demet Akalın, Aygün, Röya səhnə aldı - (Video)
-
Dünyada ən çox maaş alan lider odur
-
Qeri Mayers vəfat etdi
-
Venesiya Film Festivalının qalibləri açıqlandı: "Qızıl Şir"i kim aldı? - (Foto)
-
Kralın dəfnindən 2 gün sonra bacısı öldü - (Foto)
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Macarıstan hökuməti Britaniya Kralına hədiyyə olunan atları geri istəyib
-
Sabah 33 dərəcə isti olacaq
-
Yoxa çıxan gəmidəkilərdən 103 nəfəri xilas olundu - 140 itkin var - Yenilənib
-
"Liverpul" Alissonla bağlı qərar verdi
-
Dubayda milyonerin qarajı heyrətləndirdi: Hər ay lüks maşın alır - (Video)
-
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
-
"O, həyatı boyu ürəyini dəyişmədi" - (Video)
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər var
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Bu şəxslərə 300 manat veriləcək
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı 3 nəfər tutuldu
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Tatarıstana PUA hücumu: Ölənlər və yaralananlar var
-
Mbappe ən yaxşı gənc futbolçunun adını açıqladı
-
Bu ərazilər qazsız qalacaq
-
Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
-
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək





