Ölkə

“Bəzən radio aparıcıları çox yersiz hərəkətlər edirlər”

14 Noyabr 2019 12:21
3 Şərh     Baxış: 681

Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən mütəmadi olaraq radiolarla bağlı monitorinqlər aparılır. Bəzən xüsusi hallarda, məsələn, ictimai narazılıq yaranan zaman biz ayrıca olaraq, müəyyən dövr üçün xüsusi monitorinq aparırıq.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, son zamanlar Şurada telekanalların və radioların rəhbərləri ilə mütəmadi görüşlər keçirilir: "Telekanallarla bərabər, radiolarda da olan problemlərlə bağlı onlara öz tövsiyələrimizi çatdırırıq. Bəzən radio aparıcıları efir mədəniyyətindən kənar hərəkətlərə yol verirlər. Xüsusən də bu, canlı bağlantılar zamanı özünü göstərir. Elə radiolar var ki, orada ümumiyyətlə hər hansı qanun pozuntusuna yol verilmir. Azərbaycan radiosu mənim ən çox sevdiyim radiolardan biridir. Lakin kommersiya xarakterli radiolarda reytinq toplamağa çalışırlar və bunun üçün müəyyən orijinallıq axtarırlar. Bu da onların verilişlərində öz keyfiyyətini göstərir. Bəzən radio aparıcıları çox yersiz hərəkətlər edirlər, ifrat dərəcədə sərbəstlik, açıq-saçıq danışıqlar müşahidə olunur. Xüsusən gənc aparıcılar ləhcə ilə danışmağa üstünlük edirlər. Bunlar qəbuledilməzdir. Təbii ki, biz bununla bağlı mütəmadi olaraq radionun rəhbərliyinə məlumat veririk, müvafiq xəbərdarlıq edilir. Biz nöqsanların aradan qaldırmasına çalışırıq".

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Çina · 14 Noyabr 12:4141

    Birincisi təkcə radio yox elə televiziya aparıcıları da, ikincisi bəziləri yox elə hamısı, üçüncüsü də niyə Milli Televiziya və Radio Şurası tərəfindən tədbirlər görülmür və bu biabırçılığın qarşısı alınmır hə NİYƏƏƏ ???

    Cavab yaz
  • Anonim
    Oxucu · 14 Noyabr 14:3620

    Bəzən??? Bəzən yox, hər gün və hər bir radioda. Əgər sanballı verilişlər varsa ya mənim rastıma çıxmır, ya da heç yoxdur. Xüsusən də duet kimi, ikili, üçlü veriliş aparanlar ağızlarına gələn mənasız, boş-boş söhbətlər edirlər. Əsəbiləşib dalğanı dəyişirəm, görürəm o birilərdə də eyni şey. Elə bil məhlədə iki arvad oturub tum çırtlayıb qeybət edir, bax elə lazımsız, faydasız danışıqlar, bayağı söhbətlər..... və biz dəyərli vaxtımızı sırf edib bunları dinləməliyik? Yeganə Turaldır ki, (Avtostop) həm maarifləndirir, səlis ana dilində danışır, rusca söz deyənlərin də səhvini düzəldir.

    Cavab yaz
  • Anonim
    qonaq · 14 Noyabr 23:4200

    bezen?)hormetli sedr neinki radio televiziya kanallarinda aparicilarin 99,9% berbad gundedi. lehce, etika,gorunuwleri,makiyajlari, davraniwlari 0 beraberdi. mutamadi heberdarliq etmek lazim deyil.geti olculer goturulmelidi.bow seviyyesiz veriliwler.wit bayagi mugenniler efirden,radiodan yigiwdirilmalidi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.