Ölkə

Bakıda 22 dərədəcə isti olacaq - HAVA PROQNOZU

21 Oktyabr 2019 13:21
7 Şərh     Baxış: 2 995

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanındəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 19-22, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Harlnpasa · 21 Oktyabr 14:3820

    Allahln salaml olsun dostlara necesiniz?

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 21 Oktyabr 18:0831

      Cox saq ol var ol Harlnpasa men yaxsiyam Sukur sen necesen ?

      Cavab yaz
  • Anonim
    Nurlana · 21 Oktyabr 17:4200

    Salam Ebrush necesen? Zehrayla aranizda nolub? Menim xeberim yoxdur:(

    Cavab yaz
  • Anonim
    Nurlana · 21 Oktyabr 17:4300

    Salam dostlar necesiz? Esra, Murka,Zekosh, Esmer can haralardasiniz?

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 21 Oktyabr 18:0821

      Canim Nurlanam men yaxsiyam cox saq ol sen necesen kef hal is gücün necedi ?

      Cavab yaz
      • Anonim
        Nurlana · 21 Oktyabr 22:0010

        Yaxci olasan urek,mende yaxciyam. Ish gucdude Shukur yaxciliqdi. Azad bala necedi?

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 21 Oktyabr 22:1810

          Canım,Azadda yaxsidi Sukur Allaha.

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.