Ölkə

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlandı

18 Oktyabr 2019 15:42
0 Şərh     Baxış: 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Ford Mondeo" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılaraq şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Avtomobilə gömrük baxışı zamanı minik maşınının arxa oturacağı ilə yük yerinin arasında gizlədilən 120 ədəd yaşıl rəngli "Roman Candle", 44 ədəd bənövşəyi rəngli "Roman Candle", 360 ədəd "Red Stars with Report", 108 ədəd "Magical Candle 60 Ball" və 36 ədəd "Thunder King" yazısı olan pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.