Ölkə

Ötən il Azərbaycanda 3 min 166,8 hektar soya əkilib

11 Oktyabr 2019 09:24
0 Şərh     Baxış: 1 280
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2018-ci ildə Azərbaycan ərazisində 3166,8 hektar sahədə soya bitkisi əkilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, il ərzində soya bitkisi ən çox Ağcəbədi rayonunda əkilib. Rayon ərazisində 2 min 113 hektar ərazidə soya bitkisi yetişdirilib.

Ötən il, həmçinin, Beyləqan rayonunda 863 hektar sahədə soya bitkisi əkilib.

Bundan başqa, Kürdəmir, Hacıqabul, Oğuz, Qax, Zaqatala, Tərtər, Samux və Şabran rayonlarında da soya əkini aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.