Ölkə

Azərbaycanda dövlәt hesabına mәnzil alanların sayı çoxalıb

11 Sentyabr 2019 15:12
Baxış: 2 121

Azərbaycanda dövlәt hesabına mәnzil alan vә yaşayış şәraitini yaxşılaşdıran ailәlәrin sayı artıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 2010-cu ildə Azərbaycanda 743, 2015-ci ildə 501, 2016-cı ildə 1 764, 2017-ci ildə 2 484 ailə dövlәt hesabına mәnzil alıbsa, 2018-ci ildə belə ailələrin sayı 4 402-ə yüksəlib.

Qeyd edək ki, həmin mənzillərin 1 968-i Bakının, 2 214-i Abşeron iqtisadi rayonunun payına düşüb.

Məlumata görə, Abşeronda 1 209, Sumqayıtda 1 005 ailəyə dövlət hesabına mənzil verilib.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.