Ölkə

Nazir "Ekologiya postu"nun bölük komandirinə yüksək vəzifə verdi

4 Sentyabr 2019 15:45
0 Şərh     Baxış: 5 542
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, polis polkovnik-leytenantı Fuad Mayılov Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

O, bundan əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə yol-patrul xidməti bölüyünün komandiri vəzifədə çalışıb. 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumatı saytımıza təsdiqləyib. Bildirib ki, Fuad Mayılovun yerinə təyinat yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.