Ölkə

Quba polisi yaralı ceyrana kömək etdi - FOTO

2 Sentyabr 2019 18:09
8 Şərh     Baxış: 1 547

Ətraf mühitin, təbiətin də mühafizəsi daim polis əməkdaşlarının diqqət və nəzarətindədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, ötən gün Qubada baş verən hadisə bunu bir daha təsdiq etdi.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayonun İspik kənd ərazisində xidmət aparan zaman meşəlik ərazidə yaralı ceyran görüblər.

Hər zaman xeyirxahlıq və qayğıkeşliyi özlərinə vacib amil bilən polis əməkdaşları təbiətimizin gözəllik nümunəsinin yaralı halına biganə qalmayıblar.

Dərhal onlar sıx meşəlikdə ölümlə üz-üzə köməksiz vəziyyətdə qalan ceyranı götürərək öz xidməti avtomobilləri ilə Quba Rayon Polis Şöbəsinə gətiriblər.

Burada ceyrana ilk yardım göstərmək üçün əməkdaşlar şöbəyə rayon baytarlıq xidmətinin nümayəndələrini dəvət ediblər.

Yaralı heyvana göstərilən bütün zəruri təxirəsalınmaz tədbirlərdən sonra canlının halı yaxşılaşıb.

Daha sonra polis şöbəsinin əməkdaşları heyvanın sağlamlığının tam bərpa olunması və yenidən təbiətə qaytarılması üçün onu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil veriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

8 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.