Azərbaycanda dopler radar müşahidə sisteminin tətbiqinə başlanılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda dopler radar müşahidə sisteminin tətbiqinə başlanılır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın "Baron" şirkətinin Azərbaycanda "vahid milli hidrometeoroloji sistemin yaradılması" proqramı çərçivəsində Hava Radar Sisteminin təqdimatı zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, bu sistemin tətbiqi Milli Hidrometerologiya xidməti üçün rahatlıq yaradacaq:
"Dopler radar sistemi dünyada geniş istifadə olunur. Bu avadanlıqlar iqlim dəyişiklikləri ilə bağlı təhlükəli hadisələrə əvvəlcədən hazır olmaq imkanı yaradır. Belə bir sistemin alternativi yoxdur. Bu sistem qısamüddətli proqnozların dəqiqliyini artırmaq imkanı verəcək və 2-4 saat əvvəldən qısamüddətli xəbərdarlıqların konkret ərazilər üzrə lokallaşdırılmış, daha dəqiq formada verilməsini təmin edəcək. Buna qədər verilən xəbərlər bütün respublikanı əhatə edirdi. Amma indi bütün regionlar üzrə hansı proseslərin qeydə alındığını dəqiq deyə biləcəyik".
U.Tağıyeva qeyd edib ki, dopler radar sistemi ilk olaraq Şamaxı və Göygöldə quraşdırılacaq:
"Bu sistemin əhatə radiusu 250 kilometri əhatə edir. Dəqiqliyi təmin etmək üçün iki dopler radar kifayət deyil. Daha sonra bu sistem respublikanın 5 regionunda quraşdırılacaq. Bütün bu işlər dövlət investisiyası ilə reallaşır".
"Baron" şirkətinin nümayəndəsi Brian Bellev bildirib ki, bu sistem meteroloji prosesləri 3D formatında vizullaşdırmağa imkan verəcək: "Dopler radar sistemləri ölkədə bütün hidrometeoroloji müşahidə sistemini vahid şəbəkədə birləşdirmək imkanı yaradır. Sistem vasitəsilə iki saat qabaqcadan yağıntı və dolunun neçə millimetr düşməsi ehtimalını təxmin etmək mümkün olacaq".
Qeyd edək ki, "Baron" radarları fasiləsiz avtomatlaşdırılmış, uzaqdan izləmə rejimində və 24 saat müddətində fəaliyyət göstərəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
XƏBƏR LENTİ
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq





