Ölkə

Azərbaycanın bu ərazilərində qaz olmayacaq

23 Avqust 2019 11:19
0 Şərh     Baxış: 2 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər saat 09:00-dan qaz təchizatı şəbəkəsində aparılan texniki baxış işləri zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Samux rayonunun mərkəzində və bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılıb.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, Gəncə şəhərinin bir hissəsində də qaz olmayacaq. Bu müddət ərzində qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq. Saat 10.00-dan 16:00-dək Qobustan rayonunun bir neçə kəndində qaz təchizatının dayandırılması isə orta təzyiqli yeraltı qaz xətlərinin kipliyə sınaq işləri ilə bağlıdır.

Bu gün səhər saatlarından, həmçinin, Ağsuda bir müddət əvvəl zəlzələdən sonra tikintisi başa çatdırılmış evlərin qaz sayğaclarının qaz şəbəkəsinə birləşdirilməsi işlərinə başlanılacaq.

Bu işin icrası üçün bəzi yerlərdə qaz təchizatının dayandırılmasına zərurət yaranıb. Ona görə də səhər saat 09:00-dan 19:00-dək Ağsu rayon mərkəzi və bir neçə kənddə qazın verilişində məhdudiyyətlər olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.