Ölkə

MiQ-29 təyyarəsinin pilotu dəfn edildi - YENİLƏNİB - FOTO

21 Avqust 2019 11:45
35 Şərh     Baxış: 17 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:45

Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev dəfn edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, R.Atakişiyev II Fəxri xiyabanda torpağa tapşırılıb.

---------

11:20

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, pilotun nəşi dəfn olunmaq üçün II Fəxri Xiyabana yola salınıb.

---------

11:13

Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində vida mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Mərasimdən sonra pilot II Fəxri Xiyabanda dəfn olunacaq.

--------

10:20

Ötən gün meyiti tapılan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, mərhum pilotla vida mərasimi Yeni Yasamalda yerləşən evinin həyətində başlayıb.

R.Atakişiyevlə rəsmi vida mərasimi hazırda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində davam etdirilir.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov vida mərasimində iştirak edir.

Pilot daha sonra II Fəxri Xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.

İlk xəbər 09:23-də verilib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.