Ölkə

Sabahdan Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır - SƏBƏB

19 Avqust 2019 12:59
0 Şərh     Baxış: 4 014

Bakı şəhəri, Mirzəağa Əliyev küçəsindən başlayaraq Nizami küçəsinin kəsişməsinə qədər və Murtuza Muxtarov küçəsində yol tikinti işləri ilə əlaqədar olaraq 20 avqust tarixindən etibarən sözügedən küçələrdə hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, tikinti işləri 1 həftə müddətinə qədər davam edəcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Agentlik yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.