Ölkə

Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək - Qaydalar təsdiqləndi

19 Avqust 2019 12:29
9 Şərh     Baxış: 8 773

Azərbaycanda "Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası"ı təsdiq edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Baş nazir Novruz Məmmədov tərəfindən təsdiq edilən qaydaya əsasən, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin mediasiya xərcləri dövlət büdcəsində bu məqsədlər üçün Mediasiya Şurasına nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.

Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərcləri həmin şəxslərlə ilkin mediasiya sessiyası həyata keçirən və ya mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamış mediatorun və ya mediasiya 3 təşkilatının təqdim etdiyi müvafiq təsdiqedici sənədlər əsasında Mediasiya Şurası tərəfindən həmin mediatora və ya mediasiya təşkilatına nağdsız qaydada ödənilir.

Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin həmin xərcləri ödəmək üçün vəsaitinin olmamasını təsdiqləyən sənəd fiziki şəxsin müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

Qeyd edək ki, Mediasiya mübahisələrin məhkəmədən kənar alternativ həll yollarından biridir.

Milli.Az

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Elshen · 19 Avqust 12:3190

    Bilən var mediasiya nəmənə olan şeydi?

    Cavab yaz
    • Anonim
      Arda · 19 Avqust 14:1620

      Xəbəri sona qədər oxuyun.

      Cavab yaz
  • Anonim
    Xeber · 19 Avqust 14:3930

    ahahahaha Elshen sen hele meni oxumamisan...Elshen, Elshen, menide...oxumamisan..Elshen...

    Cavab yaz
  • Anonim
    Kamilla · 19 Avqust 14:5430

    Men de bilmedim))) Izahini verin mumkunse)))

    Cavab yaz
  • Anonim
    777 · 19 Avqust 18:3230

    Istehsalçi hûququnun mehkemeye qederki merhelede qorunmasi

    Cavab yaz
  • Anonim
    Elshen · 19 Avqust 23:0860

    Həəə, indi bildim nədi bu mediasiya, heç kimin istifadə etmədiyi bir şeydi, məndə deyirəm nə əcəb havayıdı.

    Cavab yaz
  • Anonim
    men · 20 Avqust 02:3820

    bu munasibetle yeqin milli parkda atesfesanliq olacaq

    Cavab yaz
  • Anonim
    Oxucu · 20 Avqust 11:5610

    Allah güldürsün sizləri ))))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.