Daha bir süd istehsal edən sex bağlandı - Antisanitar şərait - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
AQTA-dan Milli.Az-a verilən məlumata görə, agentliyə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2578-ci məhəllə ünvanında yerləşən, fiziki şəxs Məmmədov Rasif Əlibəy oğluna məxsus süd və süd məhsulları istehsalı sexində sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilməməsi barədə məlumat daxil olub.
Müraciət əsasında süd və süd məhsulları sexinə baxış keçirilib. Antisanitar şəraitdə fəaliyyət göstərən sexdə "Lerik" əmtəə nişanlı süd və süd məhsullarının istehsal edildiyi aşkar olunub. Həmin məhsulların etiketində təbii inək südü qeyd olunsa da, məhsulların istehsalında faktiki quru süddən istifadə edilərək istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu müəyyən edilib. Yoxlama zamanı müəssisədə məhsulların istehsalında bitki tərkibli "Sun 23" marqarin yağı və E 235 "Natamisin" (antibiotik) qida əlavəsindən istifadə olunduğu, bununla bağlı etiket məlumatlarında hər hansı məlumatın qeyd olunmadığı aşkarlanıb.
Aşkarlanan nöqsanlar əsasında süd və süd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mingəçevirdə külək ağacları aşırdı, yollar bağlandı
-
Ukraynada azərbaycanlı meri bıçaqlayan TUTULDU
-
Tramp İrandan tələblərini açıqladı
-
ÇL-in finalı olan şəhərdə Nərimanın forması sərgiləndi - FOTO
-
341 il sonra tarixi qərar – insanı mal hesab edən qanun ləğv olundu
-
COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi
-
"Başqa mahnı olsaydı, finala keçərdik"
-
Avropa çempionatı: Azərbaycan millisi növbəti mərhələyə adladı
-
"Karvan-Yevlax" baş məşqçisi ilə yollarını ayırdı
-
Sabahın havası onlarda narahatlıq yarada bilər
-
"Bivəfa" ilk dəfə mənə təklif edildi, istəmədim"
-
“Barselona”nın 2 həftə vaxtı qaldı
-
Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT
-
Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanla bağlı bəyanat qəbul edilib
-
Sumqayıtda yük avtomobilləri toqquşdu, yaralılar var
-
Bu ölkə liderləri Ermənistanda referendum keçirilməsini dəstəkləyiblər
-
Hər il on minlərlə insan bu səbəbdən ölür
-
"Qarabağ"ın legioneri milliyə çağırıldı
-
Azərbaycanda hava dəyişdi: Yağış və güclü külək başladı - XƏBƏRDARLIQ
-
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
-
II Opera Günləri layihəsinin açılış mərasimi keçirildi Video - Foto
-
Azərbaycan QHT-ləri 48 ölkənin hökumətinə müraciət edərək "Lafarge" şirkətinin fəaliyyətinin araşdırılmasına çağırıb - FOTO
-
“Balabanın sehrində” adlı milli musiqi gecəsi keçirilib - FOTO
-
Qobustanda “Makarov” gəzdirən şəxs həbs edildi





