Ölkə

Aparıcı ailəsindəki faciədən danışdı: "Toparlanmağa çalışacağıq" - FOTO

10 Avqust 2019 14:44
3 Şərh     Baxış: 5 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağır bir imtahandan keçdik. Dözülməsi çətin olan, insanın belini qıran bir imtahan. 

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, bu sözləri ailəsində faciə yaşanan jurnalist Yusif Kərimli deyib.

Xəzər TV-nin aparıcısı ağır günlərin geridə qaldığına desə də, qarşıda çətin imtahanların onu gözlədiyini deyib: 

"Toparlanmağa çalışacağıq təbii ki. Qarşıda bəlkə də daha çətin imtahanlar olacaq. Tab gətirmək üçün güclü olmaq lazımdır. Güclü olmağın əsas sirri isə dəyərli dostlardır. Bu günlərdə məni tək qoymayan bütün dostlarıma sonsuz təşəkkürümü bildirirəm. Yaxşı ki, varsınız!"

Xatırladaq ki, ötən həftə teleaparıcı Yusif Kərimlinin 7 yaşlı oğlu Əmin dənizdə boğulmaq təhlükəsi ilə üzləşib. Uşağın xalası onu xilas edib, amma gənc qız özü boğulub. Komaya düşən azyaşlı bir neşə gündən sonra ayılıb. Hazırda vəziyyəti yaxşılığa doğru gedir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.