Bakı-Sumqayıt yolunda baş verən qəzanın TƏFƏRRÜATLARI - 5 nəfər yaralanıb - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
10:53
Bu gün səhər saat 06:30 radələrində Xırdalan dairəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Bakı Nəqliyyat Agentliyində hadisə ilə bağlı müvafiq araşdırma aparılıb. Zəncirvari qəzada zərər görən 199 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı şirkət "Xaliq Faiqoğlu" MMC-dən verilən məlumata görə qəza 525 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun işçiləri daşıyan servis avtobusuna dəyməsi nəticəsində baş verib.
Həmin vaxt ərazidən keçən 199 nömrəli müntəzəm marşrut xətt üzrə avtobusun sürücüsü qəzadan yayınmaq üçün manevr etsə də nəqliyyat vasitəsi sürüşərək Niva markalı avtomobilə dəyib. Niva isə digər minik avtomobilinə dəyib.
Qəza nəticəsində servis avtobusundakı sərnişinlərdən bir neçəsi xəsarət aldığı bildirilir.
Agentlik bir daha bütün hərəkət iştirakçılarına, xüsusən də sürücülərə ehtiyatlı olmağı tövsiyə edir.
---------
10:40
Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi adlanan ərazisində baş verən avtobus qəzası nəticəsində 5 nəfər xəsarət alıb.
Milli.Az bildirir ki, Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəza nəticəsində 50, 58, 41 yaşlı qadınlar və 59, 23 yaşlı kişilər olmaqla ümumilikdə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Klinik Xəstəxanasına müraciət edib.
Yaralılara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar.
Xatırladaq ki, bu gün səhər saatlarında Xırdalan dairəsi adlanan ərazidə turizm şirkətlərindən birinə məxsus avtobusla sərnişin avtobusunun toqquşması nəticəsində zəncirvari qəza baş verib.
Hadisə zamanı Bakı-Sumqayıt yolu bağlanıb, Xırdalan dairəsi ərazisində avtomobillərin tıxacı yaranıb.
----------
10:31
Bakı-Sumqayıt magistralında qəza baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan 525 saylı avtobus toqquşub.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, Hazırda Xidmətin və DYP-nin əməkdaşları hadisə yerindədir.
İlkin məlumata görə, turizm şirkətinə məxsus avtobusun sürücüsü yağışlı havada sıxlıqdan çıxmağa cəhd edərək idarəetməni itirib və 525 saylı sərnişin avtobusunu çaşdırıb.
Nəticədə 525 saylı avtobus tur şirkətə məxsus avtobusa çırpılıb. Hadisə nəticəsində ölən olmayıb. Hazırda hadisə ilə bağlı yollarda sıxlıq müşahidə edilir. Avtobuslar yoldan çıxarılan kimi nəqliyyatın hərəkəti bərpa olunacaq.
-----------
09:56
Bakı-Sumqayıt yolunda qəza tıxaca səbəb olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün səhər saatlarında Xırdalan dairəsi adlanan ərazidə turizm şirkətlərindən birinə məxsus avtobusla sərnişin avtobusunun toqquşması nəticəsində zəncirvari qəza baş verib
Hadisə zamanı Bakı-Sumqayıt yolu bağlanıb, Xırdalan dairəsi ərazisində avtomobillərin tıxacı yaranıb.
Qəza nəticəsində ölən olmayıb, yüngül xəsarət alanlar var. Hazırda qəza törətmiş avtomobillər ərazidən evakuasiya olunur.
09:14
Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, qəzada 199 nömrəli marşrut avtobusu digər sərnişin avtobusu ilə toqquşub, xəsarət alanlar var.
Yol-nəqliyyat hadisəsi nəticəsində yolda tıxac yaranıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Hansı bakalavr ixtisasları 3 illik ola bilər? - (Video)
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
XƏBƏR LENTİ
-
12 il əvvəl "qətlə yetirilən" qadın sağ tapıldı
-
Hansı bakalavr ixtisasları 3 illik ola bilər? - (Video)
-
Beş bürc uğur və sərvət qazanacaq
-
Sinqapur kitab oxuyanlara pul verəcək
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)





