Ölkə

Bu gün bu ərazilərdə işıq olmayacaq

7 Avqust 2019 12:31
0 Şərh     Baxış: 1 202
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

110 kv-luq "I Binəqədi hava elektrik verilişi xətti"ndə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq bu gün səhər saatlarından 15:30-dək Abşeron rayonu AAAF Yaşayış massivi və Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə Milli.Az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Yaranacaq narahatlığa görə "Azərişıq" ASC istehlakçılarından üzr istəyir

Pirşağı-Sumqayıt dəmir yolunun 35-ci km-də Fatmayı yeraltı avtomobili yol keçidinin tikintisi ilə əlaqədar 110/35/6 kV-luq "136 saylı yarımstansiya"dan çıxan, Bağlar ETSİ-nin balansında olan 6 kV-luq hava xətti də şəbəkədən açılacaq və Fatmayı bağlarının bəzi ərazilərində də bu gün saat 11.00-dan 16.00-a qədər elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.