Ölkə

Bakıda restoranda "göz qamaşdıran" hesab - DİQQƏTLİ OLUN! - FOTO

25 İyun 2019 13:44
20 Şərh     Baxış: 19 641

Bir neçə gündür, sosial şəbəkələrdə "Xəzri" ailəvi istirahət mərkəzinin müştəriyə verdiyi qəbzin şəkli istifadəçilər tərəfindən paylaşılır və şikayətlər səsləndirilir. Belə ki, qiymətlərin, o cümlədən xidmət haqqının bahalığından danışanlar bu cür halların düzgün olmadığını bildirir və istehlakçının hüquqlarına zidd olduğunu vurğulayırlar.

Bununla bağlı "Xəzri" ailəvi istirahət mərkəzinin administratoru Simran Babayev primetime.az-a açıqlama verib. O, xidmət haqqının bahalı olmasını bu cür izah edib: "Hər şeyi - suyu, meyvə şirəsini, yeməyi - özləri ilə gətirənlərə ofisiant ayrılır, 15-20 manat xidmət haqqı yazılır. Əks halda isə, restorandakı sifarişə uyğun xidmət haqqı qeyd olunur".

Digər tərəfdən ümumiyyətlə, yay aylarında xüsusilə açıq məkanı olan və ya dəniz sahilində yerləşən restoranlarda  kəskin qiymət artımı müşahidə edilir. Bəzi restoranlar müştərinin çoxluğundan istifadə edib, qiymətləri fantastik dərəcədə bahalaşdırırlar. Mövcud durumdan şikayət edən insanlar bildirirlər ki, xüsusilə də həftəsonları qiymətləri iki dəfədən də çox bahalaşdırırlar.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov saytımıza danışarkən bildirib ki, restoranlarda, otellərdə süni qiymət artımı turizmin inkişafına mane olur:

"Biz həmişə bu barədə demişik. Süni qiymət artımının olması və xidmət səviyyəsinin aşağı olması turistləri Azərbaycandan qaçırır. Biz ölkəyə daha çox turist gətirmək üçün qiymət siyasətini dəyişməliyik. Təəssüf ki, neçə illərdir, bu barədə danışılsa da, maarifləndirmə işləri aparılsa da, sahibkarlara, menecerlərə bu cür idarəçilik sisteminin doğru olmadığı çatdırılsa da süni qiymət artımı müşahidə edilir. Sizə bir misal çəkim. Gürcüstanda baş verən məlum  hadisələrdən sonra turistlər başqa tərəfə üz tutacaqlar. Bilirsiniz, onlar Gürcüstana ucuz və çimərlik turizminin münasib qiymətlərə olduğuna görə gedirdilər. İndi həmin şəxslər əsasən Türkiyəyə üz tutacaqlar. Bəs nə üçün Azərbaycana gəlməsinlər? Lakin bizdəki qiymət məsələsi onları ölkəmizə gəlməkdən çəkindirir. Təbii ki, tursitlər gəlməmişdən qabaq qiymətlərlə maraqlanırlar. Bu baxımdan yenə deyirəm, düzgün qiymət siyasəti aparılmırsa və xidmət səviyyəsi münasib deyilsə, bu, turistlərin Azərbaycana gəlişinə mane törədəcək. Qiyməti bu cür qaldıranlar strateji turizm siyasətindən xəbərsizdirlər. Onlar elə bilirlər ki, bu gün birdən-birə 5 manat artıq qazanmaqla hər şey həll olunur. Ancaq başa düşmürlər ki, ticarətin öz qayda-qanunları var. Bu adamların əksəriyyəti təsadüfi şəxslərdir ki, gəlib restoran sahibi olurlar. Həmin sahibkarların ümumiyyətlə, turizmdən, bu işi necə qurmalı olduqlarından, menecmentlikdən məlumatları yoxdur. Ümumi işə, bizim turizm siyasətinə ziyan gətirirlər".

M.Ağakərimov qeyd edib ki, qiymətlərə heç bir qurum nəzarət etmir:

"Bazar iqtisadiyyatında qiymət qoymaq siyasəti sərbəstdir. Lakin bu istiqamətdə maarifləndirmə işləri aparılır. Nə edək ki, buna baxmayaraq qeyd etdiyim problemlər hələ də qalır və menecerlər, sahibkarlar bunları eşitmək istəmirlər. Belə halların qarşısını almaq üçün restoranların sayını artırmaq və rəqabəti gücləndirmək lazımdır. O zaman istər-istəməz bazar iqtisadiyyatında qiymətlər özü tənzimlənəcək. Amma mənə elə gəlir ki, qiymət artımı edən restoranların özü də başqa restoranların inşa olunmasına icazə vermirlər".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə mövzu ilə bağlı saytımıza danışarkən qeyd edib ki, qiymət artımından şikayət edən müştəri təəssüf ki, heç bir quruma müraciət edə bilməz:

"Qiymətlərə heç bir dövlət orqanı müdaxilə etmir. İstənilən biznes qurumu istənilən məhsula istənilən qiymət qoya bilər. Bu şərtlə ki, istehlakçını aldatmasın. Yəni istehlakçı öncədən malın qiymətini bilməlidir. Qiymət dövlət tərəfindən tənzimlənmədiyi üçün buna heç kim nəzarət etmir və etməməlidir. Çünki azad bazar iqtisadiyyatıdır. Bu baxımdan qiymətlərin bahalığı normaldır. Digər tərəfdən tutaq ki, restoranda 1 manatlıq malı 5 manata verirlərsə, müştəri də bundan şikayətçisidirsə, yenə də onun müraciətinə baxılmayacaq. Sahibkarlar qiymət təyin etməkdə sərbəstdirlər".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

20 Şərh:

  • Anonim
    Daxili Turist · 25 İyun 13:51100

    Soyğunçuluq.Görəsən bunlar neçə faiz qoyurlar üstünə ? Yoxlama nəyə,hara baxır ? Moskva,London,Paris deyil axı bura.

    Cavab yaz
  • Anonim
    Nçnç · 25 İyun 13:521115

    Bahadırsa,getməyin də..Gedirsinizsə də, narazılıq etməyin..

    Cavab yaz
  • Anonim
    Samed dagli · 25 İyun 13:5382

    Xidmet haqqi yedigi yenegden bahadi)

    Cavab yaz
  • Anonim
    Anonimkа · 25 İyun 14:03200

    Ona göre Azerbaycana agilli turist gelmez,gelsede bir defe gelir ,görür baxaçılıqdı,gedir Türkiyeye,Gürcüstana,ele biz özümüz,50-70%gedir Gürcüstana.Erebkeri saymiram,onlar bura bashqa shey üçün gelir

    Cavab yaz
  • Anonim
    Advokat · 25 İyun 14:0550

    Bunun hamisi nezaretsizliyin neticesidir. Inshallah yoxlamalar bashlayar bunlarinda ozbashinaliqina son qoyular. Bunlari nezaretsiz qoymaq olmaz.

    Cavab yaz
  • Anonim
    ZZZ · 25 İyun 14:2860

    Vətənə bağlılığı,sevgini pozan amillər belə xırda qüsurlardan baş verir.Bəlkə bəzi adamların gözünə qəpik bağlamaq lazımdır ki,düzəlsin.

    Cavab yaz
    • Anonim
      Felya · 26 İyun 08:1300

      Göz doymazdır!Düzəlməz!

      Cavab yaz
  • Anonim
    REŞALA · 25 İyun 14:3850

    XİDMƏT HAQQİ NƏYƏ DEYİRLƏR BƏLKƏ YEMƏKLƏR BAŞQA ÖLKƏDƏN GƏLİR

    Cavab yaz
  • Anonim
    elvo · 25 İyun 14:4750

    28 mayda da.gənclikdə də.55 qəpiklik colani 1 manat 20 üəpiyədi.1 manat 70 qəpiklik dönəri 4 manatdır

    Cavab yaz
  • Anonim
    elvo · 25 İyun 14:5050

    Qəsnən qiyməti qaldıranlar var.onlar camaatı aldadırlar çox pul tələb edir.Qiyməti qəsnən qaldıranların cəsasını.Allah verəcək

    Cavab yaz
  • Anonim
    Legenda · 25 İyun 15:01100

    Anlamadım niyə çekdə 3 dəfə xidmət haqqı yazılıb ?

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 25 İyun 15:3185

    İnsaf dinin yarisidi Bunlarda ne din var ne de insaf .

    Cavab yaz
  • Anonim
    Naz77 · 25 İyun 15:4070

    Zaqatalada istirahet merkezinde 4 dene xiyara ve 4 dene pomidora 16 manat pul odedik. Haciqabulda yolun ustundeki Gedir xum restoraninda 2 neferlik pomidor yumurtaya 23 manat hesab verdik. Bu sebebden millet qacir Gurcustana Turkiyeye istirahet etmeye.

    Cavab yaz
  • Anonim
    Nofəl Aslanoğlu · 25 İyun 15:4940

    Elə şey olar.dərəbəylikdir?1man malı 5manata satsınlar.Nəzarətedəb orqan yoxdur.?

    Cavab yaz
  • Anonim
    sahin057 · 25 İyun 16:3430

    xidmet haqqi 15+5+2.Bu ne demekdir ki?hec bir yerde ele wey yoxdu. belke bawqa bankda kreditin borcun filan varsa onu da muwteriye odedesiniz.

    Cavab yaz
  • Anonim
    Namik · 25 İyun 17:0140

    Nezaretde saxlayinda giymetleri cezalandirin

    Cavab yaz
  • Anonim
    Deyirəm, · 25 İyun 18:3441

    Millətin çoxu bu cür haram çörəy qazanır deyə xərçəng xəstəliyı və digər bəlalar ölkədə at oynadır.Bunu fikirləşən yox(((

    Cavab yaz
  • Anonim
    Behri · 26 İyun 12:2930

    necəsə ayaq yolunu qeydə almayıblar (çox maraqlıdır)

    Cavab yaz
  • Anonim
    Allahın qulu · 26 İyun 13:5510

    Yəqn ofisiantlar müştəriləri öz əlləri ilə yediriblər,yoxsa ki,bu boyda xidmət haqqı olar?!:))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.