İƏT Gənclər Forumu ARM, Gənclər Nazirlərinin beynəlxalq konfransı çərçivəsində xüsusi sessiya keçirib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Portuqaliyanın paytaxtı Lissabon şəhərində 21-23 iyun tarixlərində Lisboa+21 Gənclər Nazirlərinin Dünya Konfransı və Gənclər Forumu keçirilib.
Təşkilatdan Milli.Az-a verilən məlumata görə, 150-dən artıq ölkənin nümayəndələrinin, o cümlədən, 50-sinin nazir və ya nazir müavini səviyyəsində, ümumilikdə 800-ə yaxın iştirakçının iştirak etdiyi konfrans Portuqaliya hökuməti və BMT tərəfindən təşkil olunub.
Dünyada gənclərlə bağlı mövcud məsələləri əhatəli və yüksək səviyyədə müzakirədə edən konfransın işində iştirak edən İslam Əməkdaşlığı Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İƏT Gənclər Forumu ARM) təmsil etdiyi regionun gəncləri üçün "Gənclər və Hökumətlərin dayanaqlı inkişaf üçün sülh və təhlükəsizliyə nail olmaq uğrunda birgə fəaliyyəti" adlı xüsusi sessiya təşkil edib.
Konfransın rəsmi proqramına daxil edilən sessiyada həm hökumət nümayəndələri, həm də gənc nümayəndələr çıxışçı kimi iştirak etdilər. Pakistanın Baş Nazirinin Gənclər məsələləri üzrə xüsusi köməkçisi Usman Dar, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev və Rumıniya Gənclər və İdman Nazirinin müavini Kristina Androniç sessiyada çıxış edərək təmsil etdikləri ölkələrdə gənclərlə bağlı görülən işlər, əldə edilən nailiyyətlər və həmçinin gələcək planlarla bağlı məlumat verdilər. Bundan əlavə, Pakistan, Azərbaycan və Rumıniyanın gənclər nümayəndələri sessiyada çıxış etdilər. Sessiyada Azərbaycanı Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova təmsil etdi.
Yuxarıda qeyd olunan sessiyanın təşkilatçısı İƏGF Avrasiya Regional Mərkəzi adından Lisboa+21 Gənclər Nazirlərinin Dünya Konfransında iştirak edən Mərkəzin Baş Direktoru Elməddin Mehdiyev yüksək səviyyədə təşkil olunmuş konfransın dünyada gənclərlə bağlı mövcud problemləri, bu sahədə atılan addımları, uğurlu örnəkləri və həmçinin prioritet və planları müzakirə etdiyini bildirdi. Konfrans proqramı çərçivəsində Mərkəzin təşkil etdiyi sessiyaya böyük marağın olduğunu və bu vasitə ilə Mərkəzin birbaşa işlədiyi ölkələrin əlaqəli dövlət qurumları və gənclər nümayəndələri vasitəsilə məhsuldar müzakirələrin və təcrübə bölüşməsinin keçirildiyini vurğulayan E.Mehdiyev konfransın ümumi işində də Azərbaycan heyətinin aktiv iştirakını qeyd etdi. O, həmçinin bildirdi ki, konfransın açılışında və bağlanışında çıxışçılar tərəfindən ev sahibi ölkə ilə yanaşı yalnız Azərbaycanın adı qeyd olunub və 2014-cü ildə Bakıda keçirilən Gənclər Siyasəti üzrə 1-ci Qlobal Forum 1998-ci ildən bu yana dünyada gənclərlə bağlı atılan ən mühüm addımlardan biri kimi qeyd olunub.
Xatırladaq ki, 1-cisi 1998-ci ildə hazırkı BMT Baş Katibi Antonio Gutierres Portuqaliya Baş Naziri olduğu zaman onun təşəbbüsü ilə Lissabonda keçirilən Gənclər Nazirlərinin Dünya Konfransı və Gənclər Forumu 21 il sonra yenə Lissabonda Antonio Gutierres BMT Baş Katibi olaraq iştirakı ilə keçirilib. Konfransın açılışında Portuqaliya Prezidenti Marselo Rebelo de Sousa, BMT Baş Assambleyasının prezidenti Maria Fernanda Espinoza, BMT Baş Katibinin Gənclərlə bağlı xüsusi nümayəndəsi Jayatma Vikramanayake iştirak etdi. Konfransın bağlanışı isə 23 iyun tarixində BMT Baş Katibi Antonio Gutierresin və digər rəsmilərin iştirakı ilə keçirilmişdir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
Azərbaycanda professor vəfat etdi
XƏBƏR LENTİ
-
Doğum gününüz haqqınızda nə deyir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək





