Ölkə

Gecə aeroport yolunda "KİA" yandı - VİDEO

17 İyun 2019 11:14
1 Şərh     Baxış: 998

Bakıda hərəkətdə olan minik avtomobili qəfildən yanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə aeroport yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı avtomobilin mühərrik hissəsi qəfildən alışmağa başlayıb.

Avtomobili yolun kənarında saxlayan sürücünün köməyinə ətrafdakılar çatıb. Yanğını söndürmək üçün hadisə yerinə yaxınlaşan avtomobillərdəki yanğınsöndürən balonlardan istifadə edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb, avotomobilə ziyan dəyib.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Olan əhvalat · 17 İyun 12:1700

    Ara-sıra sürücü də kapotu qaldırıb baxmalıdır.Son vaxtlar avtomobilin alışma hadisələri də qəza və ölüm halları kimi çoxalıb. Buna səbəb bir neçədir. Səbəbin biri də keyfiyyətsiz gətirilən ehtiyyat hissələri və saysız hesabsız texniki savadsız və məsuliyyətsiz çoxalmış bəzi ustalardadır. Dəfələrlə şahidi olmuşuq ki,bəzi ustalar bir hissəni yerinə qoyarkan nəyisə unudurlar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.