Gecə aeroport yolunda "KİA" yandı - VİDEO

17 İyun 2019 11:14

Bakıda hərəkətdə olan minik avtomobili qəfildən yanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə aeroport yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı avtomobilin mühərrik hissəsi qəfildən alışmağa başlayıb.

Avtomobili yolun kənarında saxlayan sürücünün köməyinə ətrafdakılar çatıb. Yanğını söndürmək üçün hadisə yerinə yaxınlaşan avtomobillərdəki yanğınsöndürən balonlardan istifadə edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb, avotomobilə ziyan dəyib.

Milli.Az