Ölkə

Şəhid mayor dəfn olunub - YENİLƏNİB - VİDEO - FOTO

31 May 2019 12:48
10 Şərh     Baxış: 5 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:48

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu torpağa tapşırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ötən gün şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu mayor Aqil Omarovun nəşi Qax rayonuna gətirilib.

Mayorun nəşi rayon mərkəzində böyük izdihamla qarşılanıb, Şəhidlə vida mərasimi onun boya-başa çatdığı Lələpaşa kəndindəki evində keçirilib. Daha sonra şəhid 12:00-da Lələpaşa kənd qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, ötən gün ermənilər cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

----------
12:03

Azərbaycan Silahlı Qüvvələrinin şəhid hərbi qulluqçusu, mayor Aqil Omarovun nəşi Qax rayonuna gətirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhid mayorun nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq, doğulub boya-başa çatdığı Lələpaşa kəndindəki evinə gətirilib. 

Şəhidimiz saat 12:00-da Lələpaşa kənd qəbiristanlığında dəfn ediləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.