Ölkə

Azərbaycanda yaşlı valideynlərin övladlarından maliyyə asılılığını azaltmaq təklif edilir

20 May 2019 14:11
2 Şərh     Baxış: 1 995

Azərbaycanda yaşlı valideynlərin uşaqlarından maliyyə asılılığını azaltmaq məqsədilə onlar üçün sosial müdafiə proqramlarının gücləndirilməsi təklif edilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təklif Azərbaycan Hökuməti və BMT-nin Əhali Fondunun əməkdaşlığı ilə hazırlanan, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının layihəsində yer alıb.

Təklif ölkəmizdə doğum zamanı cins nisbətinə səbəb olan amillərin aradan qaldırılmasına yönəldilib.

Aparılan tədqiqatların nəticələrinə görə, Azərbaycanda oğlan və qızların nisbəti 1990-cı illərin əvvəllərinədək bioloji normaya uyğun olsa da, bu nisbət 1991-ci ildə SSRİ dağıldıqdan sonra kəskin şəkildə pozulmağa başlayıb. Buna səbəb 1991-ci ildə SSRİ-nin süqutundan sonra yaranmış iqtisadi və digər çətinliklər nəticəsində insanların ailənin gələcək dəstəyini təmin etmək məqsədilə oğlan uşaqlarına üstünlük verməsi və bu prinsiplərə əsaslanan ailə modelinin geniş yayılması olub.

Milli Fəaliyyət Planının layihəsində qeyd edilir ki, yaşlı valideynlərin övladlarından maliyyə asılılığının azaldılması məqsədilə onların iqtisadi vəziyyətinin yaxşılaşdırılması vacibdir. Azərbaycanda isə bu cür asılılıq dedikdə daha çox oğul övladından asılılıq nəzərdə tutulur.

Hesab edilir ki, göstərilən səylər daha çox ən yoxsul ailələrə yönəldilməlidir. Çünki maddi çətinlik ailələri iqtisadi dəstək üçün oğul övlada üstünlük verməyə vadar edə bilər.

Layihədə tövsiyə edilir ki, övladlarından maliyyə asılılığını azaltmaq məqsədilə yaşlı insanların münasib səhiyyə xidmətləri ilə təmini istiqamətində səylər göstərilməlidir.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının bu il qəbul edilməsinin nəzərdə tutulduğunu söyləyib.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    aea · 20 May 15:0400

    ...))) çox düşünülməmiş bir fikirdir... Varlı ailələrdən fərqli olaraq kasıb ailələrdə oğlan və qız uşağına fərq qoymurlar və ən azı 3-4 övlad dünyaya gətirirlər... Varlı ailələrdə isə buna fərq qoyurlar və 1-2 övladla qənaətlənirlər...

    Cavab yaz
  • Anonim
    baba · 20 May 15:4011

    Mən təklif edirəm ki , Bakı şəhərində doğulmuş kişilər 60 yaşında. arvadlar isə, hamı bilir ki onlarin canı bərkdir kişilərlə müqaisə edəndə 63 yaşinda pensiya cixmalıdir.kənd əhalisini şəhər əhalisiynən bir siraya qoymaq qidani,hər gün stressi və havani nəzərə alaraq ,mən bilən düzdün deyil Şəhər adami 15-20 il az yaşayir kənd adamında qidasi da havasi da təmizdir. AZƏRBAYCAN balaca və varlı bir ölkədir, biz nahaq yaşa görə 61-65 yaş pensiya Avropa yolu ilə ketdik, bizim mentalitetimiz də başqa cürədir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.