Nazir Bakıdakı direktorları bir araya gətirdi - Tapşırıqlar verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təhsil naziri Ceyhun Bayramov Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, C.Bayramov görüşdə şagirdlərlə işin təşkili, məktəbdə sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin təmin edilməsi, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin, müəllim və ya şagirdlərə qarşı zorakılıq halları barədə ümumi təhsil müəssisələrində olan mövcud vəziyyətin təhlil edilməsi, ümumilikdə bu sahədə aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib.
Bununla yanaşı, sinif rəhbərləri, fənn müəllimləri, məktəb psixoloqu cəlb edilməklə hər bir ümumtəhsil məktəbində həssas şagird qruplarının müəyyənləşdirilməsi və onlar barədə ətraflı məlumatın hazırlanması məktəb rəhbərliyinə tapşırılıb, ümumtəhsil müəssisələrində baş verən fövqəladə hallarda təhsil nazirinin "Xüsusi hallar barədə" 15 noyabr 2016-cı il tarixli əmrinin tələblərinə ciddi riayət edilməsi tələbi bir daha vurğulanıb.
Həmçinin, bu sahədə məlumatlandırma, maarifləndirmə, monitorinq proseslərinə ictimaiyyətin nümayəndələrinin, təhsil ekspertlərinin cəlb edilməsi, ümumtəhsil məktəblərində valideynlərin təlim-tərbiyə və idarəetmə proseslərində yaxından iştirakını nəzərdə tutan məktəb-valideyn komitələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlandığı qeyd olunub.
Təhsil naziri "Məktəblinin dostu" layihəsinin əhatə dairəsinin yaxın aylarda əhəmiyyətli şəkildə genişləndirilməsi barədə də məlumat verib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Samirə ƏliMəryəm: "Qızım dedi ki, azularımı puç etmə"
-
“Sabah”ın potensial rəqiblərinin oyununda “Vardar” qalib gəldi
-
Dambrauskas: “Fantastik insandır, onsuz çox ağır olacaq”
-
Dalay Lama: "130 il yaşayacağam"
-
Argentina - Misir matçının ən yaxşısı seçildi
-
Qobustanda maşınla bir neçə dəfə həmyerlisinin üzərindən keçdi
-
“Mən şeytanam” - Gupse Özay
-
Narkotik tərkibli dərmana görə yanğın törətdi - (Foto)
-
Yapon nazir Türkiyədəki suya təəccübləndi (Video)
-
Qızı "Ələkbər əmi"ni belə yad etdi (Video)
-
DÇ-2026: Argentina 1/4 finalda
-
“Fikret”lə “Tahsin” illər sonra (Video)
-
“Sabah” - TNS-i məğlub edib (Video)
-
Gəncədə yataqxanada yanğın olub - xəsarət alan var - Yenilənib
-
Messi antirekorda imza atıb
-
24 yaşlı gənc Mingəçevirdə su anbarında boğulub
-
Lənkəranda illərdir həllini tapmayan yol problemi: Taksi belə gəlmir
-
Emil Bədəlov xeyli çəki itirdi - tanımaq olmur (Video)
-
Sabah Bakının 4 rayonunda qaz kəsiləcək
-
"Şamaxinka"da avtomobil yandı - sıxlıq yarandı - (Foto)
-
Özbəkistan ölkəmizdə avtomobil istehsalına başlayır
-
Qaqik Tsarukyan həbs edildi
-
Liftdə zorakılığa məruz qalan azyaşlının anası danışdı
-
Fuad Nəbiyevə vəzifə verildi





