Ölkə

"Guya pulu az olanlar yaşaya bilmir?" - Xalq artistindən SƏRT AÇIQLAMA - FOTO

13 Aprel 2019 10:23
2 Şərh     Baxış: 4 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çox sənətkarlarımızı dumana, çənə salıb o yolla yox edirlər. Harada barmaqla sayılan sənətkarlar varsa, o yolun yolçusu olurlar. Onlarda iradə yoxdur, yoxsa pul onların gözünü dumanlandırır?

Milli.Az xəbər verir ki, bunu Zaur Kamal aparıcısı olduğu proqramda 78 yaşlı xalq artisti Aftandil İsrafilovla söhbəti zamanı bildirib.

Aparıcının sualına bu yaşına kimi siqaret çəkmədiyini bildirən xalq artistinin cavabı maraqlı alınıb:

"Onları salmırlar e, onlar özləri düşürlər o dumana. Mənim ağlım oralıq deyil. İradə möhkəmliyi olmalıdır. Guya pulu az olanlar yaşaya bilmir? Hamısı da firavan, sağlam yaşayırlar. Gərək alnı açıq gəzəsən xalq arasında". 

Qeyd edək ki, dünyasın dəyişən məşhurlardan reper Hüseyn Dərya, klarnet ifaçısı Zahid Sabirabadlı narkotik asılılığından əziyyət çəkirdilər. 

Xatırladaq ki, məşhur qarmon ifaçısı, xalq artisti Aftandil İsrafilov mərhum klarnet ifaçısı Zahid Sabirabadlının ölümü xəbərinə "Narkotik maddələrdən kim rəhmətə gedirsə, onun yasına getmirəm. İstər atam olsun, istər qardaşım. Sənət aləmində bu səbəbdən beş nəfər rəhmətə gedib, heç birinin yasına getmirəm. Bilirsiniz niyə? Belə şeylərin tərbiyəvi əhəmiyyəti var. Yəni qələt eləyin, siqaret də çəkməyin" ifadələri ilə reaksiya vermişdi.

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.