Yollarda təmir işləri əslində nə zaman aparılmalıdır? - Qaydalara əməl edilməməsinin fəsadları - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Asfalt-beton örtüklərinin xidmət müddətində istismarını təmin etmək üçün onların saxlanması və təmir edilməsi zəruri şərtlərdən biridir. Asfalt-beton örtüklərdə müntəzəm olaraq cari, orta və əsaslı təmir işləri icra olunur.
Avtomobil yolları istismar prosesində avtonəqliyyat vasitələrinin və təbii amillərin təsirlərinə məruz qalır. Avtomobillərin təkərlərinin sürtünməsindən və yağıntıların mənfi təsirlərindən asfalt-beton örtükdə yeyilmə, aşınma, çat və dağılmalar baş verir ki, bu da asfalt-betonun örtük materialının qalınlığının azalmasına gətirib çıxarır.
Milli.Az xəbər verir ki, bununla bağlı "Azəryol" Elmi-Tədqiqat Layihə İnstitunun direktoru Azər Nemətli bəzi məsələlərə aydınlıq gətirib.
Videonu izləmək üçün şəklə klikləyin:
Onun sözlərinə görə, aparılmış tədqiqatlar göstərir ki, 4-5 il ərzində asfalt-beton örtüyün üst layında əhəmiyyətli dərəcədə aşınma baş verdiyinə gör,ə bu konstruktiv lay üzərinə düşən funksiyanı yerinə yetirə bilmir və onun yenilənməsinə zərurət yaranır. Avtomobillərin hərəkət şiddətindən asılı olaraq, yol geyimini müxtəlif üsullarla gücləndirirlər.
Direktor qeyd edib ki, yeni layihələndirilən və tikilən avtomobil yollarının normativ xidmət müddətində istismar etmək üçün asfalt-beton örtüklü avtomobil yollarının təmirlərarası müddəti aşağıdakı kimi müəyyən edilib:
- hərəkət şiddəti 7000-dən çox olan I dərəcəli yol üçün əsaslı təmir müddəti 14-16 il, orta təmir müddəti 6 il;
- hərəkət şiddəti 3000-dən çox olan II dərəcəli yol üçün əsaslı təmir müddəti 11-13 il, orta təmir müddəti 5 il;
- hərəkət şiddəti 1000-dən çox olan III dərəcəli yol üçün əsaslı təmir müddəti 11-13 il, orta təmir müddəti 4 il.
A.Nemətli qeyd edib ki, cari təmir planlı və xəbərdaredici təmir kimi fərqlənir. Cari təmir yazda və payızda keçirilir ki, yazda bütün yol boyunca qış dövründə əmələ gəlmiş dağılmalar və digər qü-surlar ləğv edilir, payızda isə yolu qısa hazırlamaq üçün təmir işləri icra olunur. Xəbərdaredici (profilaktik) təmir ilin bütün fəsillərində yaranmış zədələnmələri ləğv etmək üçün keçirilir.
Çatları yazın əvvəlində və payızda lazımı qaydada bağlayırlar (yayda isə yalnız səhər saatlarında örtük quru olduqda və çatlar geniş açıldıqda onları təmir edirlər).
O, həmçinin əlavə edib ki, asfalt-beton örtüklərinin orta təmiri zamanı iki əsas iş növü yerinə yetirilir: yol geyiminin ümumi qalınlığını artırmaq üçün yeni asfalt-beton qarışığından lay döşənir və ya örtüyə kələ-kötür səth vermək üçün birlaylı və ya ikilaylı səth emalı işləri icra olunur. Bu işləri yerinə yetirmək üçün köhnə örtük cari təmir işlərində olduğu kimi təmir edilir. Asfalt-beton örtüklərinin orta təmiri zamanı üst layın bütövlüyünü və hamarlığını bərpa etmək üçün regenerasiya (itirilmiş xassələrin bərpa edilməsi) prinsipinə əsaslanan termoprofilləşdirmə texnologiyasını da tətbiq edirlər. Hər iki halda təmir olunmuş yoldan avtomobillərin sərbəst hərəkətini təmin etmək lazımdır. Örtükdə kələ-kötürlüyü təmin etmək üçün birlaylı və ya ikilaylı səth emalı işləri icra olunur. Səth emalı aparılmamışdan əvvəl örtükdə mövcud olan bütün çatlar, çalalar və s. zədələnmələr təmir edilir.
Yusif Nəsirli
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
-
Bakıya uçan təyyarə havaya qalxa bilmədi
-
Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedə biləcəksiniz
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
-
Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
XƏBƏR LENTİ
-
Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
-
Bakıya uçan təyyarə havaya qalxa bilmədi
-
Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedə biləcəksiniz
-
"Nobel" arzusu xanımına nəsib ola bilər
-
Tramp kameraların önündə jurnalisti təhqir etdi
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Paşinyan yeni pasport üçün şəkil çəkdirdi
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
-
Neymardan sonra bunu bacaran ilk futbolçu oldu
-
Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
Noyabrın 1-nə olan hava proqnozu açıqlanıb
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Kredit götürənlərə pis xəbər! – Bu yaşda olanlar sığortalanmayacaq
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Bu ərazimizə qar yağdı
-
Azərbaycanlı alim vəfat etdi
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi
-
İqtisadiyyat.az-ın 8 yaşı tamam olur





