Ölkə

Bakıda məşhur məktəb bağlanır?

22 Fevral 2019 11:07
0 Şərh     Baxış: 5 058
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Modern Məktəbi VÖEN-nin (vergi ödəyicilərinin edintifikasiya nömrəsi) ləğv olunduğunu elan edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin rəsmi saytında məlumat verilib.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 28 ünvanına bildirə bilərlər.

Bakı Modern Məktəbindən isə Trend-ə bildirilib ki, bu elanın verilməsi məktəbin bağlanılması demək deyil. Sadəcə olaraq, Bakı Modern Məktəbi öz VÖEN-ni ləğv edərək bundan sonra Bakı Modern Təhsil Kompleksinin VÖEN-i əsasında fəaliyyət göstərəcək.

Qeyd edək ki, Bakı Modern Məktəbi özəl təhsil müəssisəsidir. ВМТК (Bakı Modern Təhsil Kompleksi) 2012-ci ildən BMM (Bakı Modern Məktəbi) kimi fəaliyyətə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.