Ölkə

Sərxan ona "Kişiliyini sübut edə bilməyəcəksən" deyən Mətanətlə barışdı - FOTO

20 Fevral 2019 11:16
2 Şərh     Baxış: 4 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sərxan Kərəmoğlu məhkəməyə verdiyi müğənni Mətanət Əsədovanı bağışlayıb.

Milli.Az xəbər verir ki, bu barədə "Hər şey daxil"də məlumat verilib.

Aktyor-aparıcı Sərxan Kərəmoğlu iki gün qabaq doğum gününü qeyd edən Mətanət Əsədovanı yaxın dostu Manaf Ağayevin xahişindən sonra bağışladığını etiraf edib:

"Hər şey pillə-pillə olur. Heç nə birdən-birə baş vermir. Bağışlayan Allahdır, Sərxan kimdir ki, bağışlamasın?!"

Xatırladaq ki, Sərxan Mətanəti verilişə çağırıb, o isə gəlməyib. Qalmaqal da bundan sonra başlayıb. Sərxan Mətanət Əsədovanı sosial şəbəkədə kişi məclisində içki içən yerdə çəkilən videosuna görə tənqid edib.

Onlar arasında dava bundan sonra daha da qızışıb. Mətanət canlı yayımda Sərxana "Gedək həkimə, qadınlığımı sübut edəcəm. Amma sən kişiliyini sübut edə bilməyəcəksən. Səni əzəcəklər, mən yox, başqası" cavabını verib.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.