Bəhruz Quliyev: "KİV-in yeni maliyyələşdirmə şərtləri rəqabətdən çıxan qəzetlərin daha da inkişafına xidmət edəcək"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kütləvi informasiya vasitələrinin yeni maliyyələşdirmə şərtləri rəqabətdən çıxan qəzetlərin daha da inkişaf etməsinə xidmət edəcək.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "SƏS" Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.
B.Quliyev bildirib ki, ötən gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclasıında mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, stimullaşdırılması məqsədilə növbəti addımın atılmasına zərurət yarandığı bildirildi:
"Bu gün elektron media ilə çap mediası arasında sağlam mübarizə gedir. Dünyada KİV sahəsində baş verən proseslər də onu deməyə əsas verir ki, artıq yazılı mətbuat elektron mediadan geri qalır və rəqabətdə elektron media qalib gəlir. Sözsüz ki, qəzetlərin dövriliyinin təmin olunması üçün bütün dünyada olduğu kimi, Azərbaycanda da tutarlı sənəd - konsepsiya var. Bildiyiniz kimi, 2008-ci ildə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fond 10 illik fəaliyyəti dövründə mətbuatın inkişafını təmin edib, çoxsaylı layihələr həyata keçirib. Bu gün yazılı mətbuat orqanları arasında da rəqabət var. KİVDF tərəfindən qoyulan şərtlərdən biri də budur ki, qəzetin 2 min abunəsi və minimal 5 min tirajı olsun".
Ekspert qeyd edib ki, bu, artıq rəqabətin ilkin şərtlərini formalaşdıran elementdir. Ona görə də bəzi mətbuat orqanları buna tab gətirə bilmir və sonda söz-söhbətlərin yaranmasına rəvac verir:
"Birincisi, bu şərtlər rəqabətdən çıxan qəzetlərin daha da inkişaf etməsinə xidmət edəcək. İkincisi isə obyektiv olaraq Mətbuat Şurasının keçirdiyi iclasda KİVDF-nin Nizamnaməsində dəyişikliklər edilməsi ilə bağlı müsbət təkliflər verilib. Artıq elektron qəzetçiliyə də yardım edilməsi, maliyyələşməsi ilə bağlı fikirlər səslənməkdədir. Onu deyə bilərəm ki, bugünkü dövr üçün dünya telefonun ekranına cəmləndiyi kimi, artıq hər kəs qəzetləri, baş verən hadisələri elektron resurslar üzərindən oxuyur. Müasir dünyanın çağırışları, innovasiyanın verdiyi töhfələr, diktə etdiyi şərtlər onu deməyə əsas verir ki, artıq KİVDF də öz Nizamnaməsində dəyişikliklər etməli və hesab edirəm ki, bu dəyişikliklər müasir dövrün çağırışlarına cavab verməlidir. Bu, qloballaşmanın diktə etdiyi şərtlərdir və Azərbaycanda da bu proseslər getməlidir. Bu addım həm Fondun imkanlarını daha da genişləndirəcək, həm də Azərbaycan mətbuatının inkişafını stimullaşdıracaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)





