Ölkə

Azərbaycanda yol polisi postunda uşaq dünyaya gəldi - VİDEO

11 Fevral 2019 14:54
7 Şərh     Baxış: 1 833

Fevralın 10-da saat 20:00 radələrində Bakı-Mingəçevir xətti ilə hərəkət edən sərnişin avtobusu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının xidməti ərazisi olan "Nəvai" postunda dayanıb.

Milli.Az avtosfer.az-a  istinadən xəbər verir ki, sürücü postda xidmət aparan YPX əməkdaşlarına yaxınlaşaraq onlardan kömək istəyib. Bildirib ki, sərnişinlərdən biri hamilədir və özünü pis hiss edir. Sərnişin dərhal postdakı tibb otağına dəvət edilib və ona ilkin tibbi yardım göstərilib. Daha sonra 113 təcili tibbi yardım xidmətindən həkimlər dəvət olunub. 

Həkimlər gəldikdən sonra qadın doğuşa başlayıb. Həkim və YPX əməkdaşlarının köməyi ilə doğuş tam təhlükəsiz keçib və qız uşağı dünyaya gəlib. YPX əməkdaşları və həkimlərin yardımı ilə ana və uşaq yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hal-hazırda vəziyyətləri normaldır.
Postun ərazisində çəkilən videogörüntünü təqdim edir:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yol polisi postunda uşaq dünyaya gəldi

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Yağmur-S · 11 Fevral 15:0190

    Allah saxlasın,adini Polise qoyarsınız.halaldı polis emekdaşlarına.bu hamileliyinin bu vaxtinda yolda ne gezirsen a bala.

    Cavab yaz
  • Anonim
    Agdamlı · 11 Fevral 15:0531

    Tədbirə layiqdir. Əhsən

    Cavab yaz
    • Anonim
      Ququ · 11 Fevral 15:1613

      Bu niye reklam olunurki

      Cavab yaz
  • Anonim
    008 · 11 Fevral 15:1853

    Adini Nevai postu qoysunlar)) ele de deyirler ki halaldi polise , kim olsa komek eder de

    Cavab yaz
  • Anonim
    kate · 11 Fevral 16:0610

    Yəni prosesdə YPX-də içtirak edib?

    Cavab yaz
  • Anonim
    Leyla · 11 Fevral 16:2800

    Dogus vaxti yaxinlasan qadina yeqin hekimi basa salmayibki a bala sen artiq yola cixa bilmezsen.

    Cavab yaz
  • Anonim
    Azerbaycanli · 11 Fevral 16:3951

    Bu reklam deyil.Polisin hec bir reklama ehtiyaci yoxdu.Ehsen Azerbaycan polisine

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.