Sumqayıtda 650-dən çox yaşayış binasının dam örtüyü əsaslı təmir olunub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sumqayıtda 650-dən çox yaşayış binasının dam örtüyü əsaslı təmir olunub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Sumqayıtda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bildirilib.
Qeyd olunub ki, ötən dövrdə 100 yaşayış binasının dam örtüyü metal kirəmitlə əvəz edilib və 68 yaşayış binasında işlər davam etdirilir. Ümumilikdə son illərdə 650-dən çox yaşayış binasının dam örtüyü əsaslı təmir olunub.
Hesabat dövründə lift təsərrüfatının maddi texniki bazasının möhkəmləndirilməsi məqsədilə əhalinin liftdən təhlükəsiz istifadə etməsinin təmin olunması məqsədilə istismar müddətini ötmüş 105 lift, ümumilikdə son illər 367 lift yenisi ilə əvəz olunub.
Həmçinin bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzillə təmin olunması üçün 12-ci mikrorayon ərazisində 1005, Stansiya Sumqayıt yaxınlığında 1000 mənzildən ibarət yeni yaşayış kompleksinin açılışı olub.
Hesabat ilində şəhər prokurorluğunun yeni inzibati binasının tikintisi başa çatdırılıb, "Nizami" kinoteatrının sökülərək yenidən layihələndirilməsinə və Corat qəsəbəsində yeni 120 yerlik uşaq bağçasının tikintisinə başlanılıb. Məhkəmə kompleksində işlər davam etdirilib. Metallurq küçəsində kompleks yenidənqurma işləri aparılıb, həmin küçədə Acı Dərə kanalının məcrasının dəyişdirilməsi ilə əlaqədar 1800 p/m yeni suötürücü kanalizasiya xətti çəkilib.
Şəhərdə 16 küçə və yolda, 10 mikrorayon və 8 məhəllədaxili ərazilərdə ümumilikdə 555,0 min kv.m asfalt örtüyü, 14200,0 p/m beton, 748,0 p/m qranit bardür dəyişdirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qazaxda yanğın oldu
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu tankerə dron hücumu olub - (Video)
-
Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
-
Qayınata bu yazıya görə toy günü bəyi döydü
-
Vuqar İbrahimov vəfat etdi
-
Sabah bu ərazilərdə su olmayacaq
-
Ayın 16-da intensiv yağış yağacaq - Proqnoz
-
Ardanın yeni maaşı məlum oldu
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
-
Türkiyə sahillərində zəlzələ oldu
-
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
-
Kamaləddin Qafarov: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir
-
Sabahdan bu binalara istilik verilməyəcək
-
Bakıda hava kəskin dəyişir: Temperatur 8 dərəcə enəcək - Tarixlər
-
Azərbaycan Fələstini təbrik etdi
-
Azərbaycan gimnastları Çində keçirilən turnirdə bürünc medal əldə ediblər
-
Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub
-
Hörmüz boğazında iki neft tankerində yanğın baş verib
-
Kamçatkada 5 zəlzələ baş verdi
-
Rəşad Məcidə ağır itki
-
İranda ağır qəza: 11 nəfər öldü, 19 nəfər yaralandı
-
Arılar 35 dərəcə şaxtada belə sağ qalırlar





