Azərbaycanda PR-ın inkişafına töhfə - Bakıda Beynəlxalq Forum keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda şəhərində Türkdilli Dövlətlərin PR mütəxəssislərinin Birinci Bakı Forumu keçirilib. Forumda Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) sədri İlham Məmmədzadə salamlama nitqi ilə çıxış edərək Forumun işinə uğurlar arzulayıb.

Ilham Məmmədzadə APRA-nın fəaliyyəti və gələcəkdə həyata keçiriləcək işlər haqqında forum iştirakçılarına məlumat verib.

Forumda Azərbaycan PR mütəxəssisləri və bu sahə ilə maraqlanan şəxslərlə yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi ölkələrin PR mütəxəssisləri iştirak ediblər.

Üç sessiyadan ibarət Forumda ictimaiyyətlə əlaqələrin müxtəlif sahələrinə və aktual məsələlərə dair təqdimatlar edilib.

Tədbirin "Müasir kommunikasiya texnologiyalarının inkişaf trendləri" mövzusunda baş tutmuş birinci panelində Beynəlxalq PR Assosiasiyasının (IPRA) prezidenti Svetlana Stavreva "Rəqəmsal transformasiya və süni zəka dövründə hekayəmizi necə danışmalı?", Türkiyə İctimaiyyətlə Əlaqələr Dərnəyinin (TÜHİD) rəhbəri Gonca Karakaş "İctimaiyyətlə əlaqələrdə gələcəyin trendləri", "KeepFace Azərbaycan" platformasının həmtəsisçisi Emin Vəliyev "Müasir kommunikasiya kanalları və influenserlər" və "Afandi Consultancy" şirkəinin biznes məsləhətçisi İlham Əfəndiyev "Effektiv Rəqəmsal PR" mövzularında çıxışlar ediblər.

Forumun "Ölkə brendi və PR" mövzusuna həsr edilmiş ikinci sessiyasında IPRA-nın keçmiş prezidenti Ceyda Aydede "Ölkənin marketinqi və PR-ı necə edilir?", Avropa Ekspertlər Şurasının üzvü Vəli Əlibəyov "Ölkə brend ola bilərmi?", Qırğızıstanın "Bishkek School of PR" təşkilatının rəhbəri Gülnurə Toraliyeva "PR-da strateji yanaşmalar və böhran əleyhinə kommunikasiyalar", Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev "Türk mədəniyyətinin təbliği işində PR texnologiyaların imkanları" mövzularında çıxış ediblər.

Forumun "Türkdilli ölkələrdə PR-ın vəziyyəti: problemlər və perspektivlər" mövzusunda baş tutmuş üçüncü sessiyasında APRA-nın xarici əlaqələr üzrə koordinatoru Kamran Əliyev "Azərbaycan ictimaiyyətlə əlaqələr: sistemsiz PR yoxsa kampaniya əsaslı PR", "Action Global Communications" şirkətinin Qazaxstan filialının rəhbəri Tariel Cəlallı "Qazaxıstanda PR bazarı və trendlər", "Laboratoriya PR" Agentliyinin direktoru Afət Yaqubova "Medianın pullu olduğu dövrdə PR-mız PRdırmı?" mövzularında çıxışlar ediblər. Tədbirin sonuncu təqdimatı Özbəkistanın Beynəlxalq Press Klubunun rəhbəri Jaloliddin Usmanov tərəfindən "Özbəkistanda PR" mövzusunda edilib. Forumda spikerlər PR-ın təşkilat və şirkətlərin uğurlu fəaliyyətində böyük rol oynamasından danışıb, sistemli və davamlı PR fəaliyyətinin aparılmasının vacibliyi məsələsinə toxunublar.

Auditoriyanın iştirakı ilə aktiv müzakirələr və fikir mübadiləsi şəraitində keçən tədbirin sonunda Forum iştirakçılarının adından Təhsil Nazirliyinə PR-ın ayrıca ixtisas olaraq Azərbaycanın ali təhsil müəssisələrində tədris edilməsinə ilə bağlı təklif göndərilməsinə dair qərar qəbul edilib.
Tədbirin bağlanış sessiyasında sponsorlar və spikerlər təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

Qeyd edək ki, Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) təşəbbüsü ilə keçirilən Forumun təşkilatçıları "Baku School of PR" və "Alibayov Communication & Consulting" MMC-lərdir. Forumun sponsorları - "Sinerji Pro" şirkəti (platin sponsor), "Nar" mobil operatoru (telekommunikasiya tərəfdaşı), "Ulduz" şokolad fabriki və digər şirkətlərdir (gümüş sponsorlar). Eyni zamanda, mənzil-qərargahı Londonda yerləşən Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası - IPRA və Türkiyə İctimaiyyətlə Əlaqələr Dərnəyi - TÜHİD forumun rəsmi tərəfdaşlarıdır.
Xatırladaq ki, Forumun əsas məqsədi türkdilli dövlətlərin PR mütəxəssislərini vahid platforma üzərində bir araya gətirmək, PR mütəxəssislərin qarşılıqlı əməkdaşlığını genişləndirmək, eləcə də PR sahəsinə yeni tendensiyalar və ideyalar gətirərək bu sahənin inkişafına töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, "Trend" İnformasiya Agentliyi, Milli.Az, Azernews.az və Day.Az xəbər portalları Forumun informasiya tərəfdaşlarından olublar.
Zərif Nisə
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
Azərbaycanda professor vəfat etdi
XƏBƏR LENTİ
-
Doğum gününüz haqqınızda nə deyir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək





