Ölkə

DİN-də yeni təyinatlar - Polkovnik təqaüdə göndərildi

19 Yanvar 2019 17:07
Baxış: 2 460
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi baş verib. 

Milli.Az xəbər verir ki, Azvision.az-ın əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrə əsasən, Binəqədi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayev Binəqədi rayon Polis İdarəsinə rəis təyin edilib. 

Vəzifəsindən azad edilən Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Neymətov isə Nəsimi rayon Polis İdarəsinin rəisi təyin olunub. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.