Ölkə

BDU-nun Qazax filalının direktoru vəfat etdi

12 Yanvar 2019 10:34
3 Şərh     Baxış: 1 462

Bakı Dövlət Universitetinin Qazax filalının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əmir oğlu Əfəndiyev dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, V.Əfəndiyev Coğrafiya fakültəsinin kafedra müdiri də olub.

V. Əfəndiyev 1953-cü ildə anadan olub. 1977-1978-ci illərdə Azərbaycan EA Coğrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi vəzifəsində çalışıb.

V.Ə.Əfəndiyev "Bakı aqlomerasiyasının ətraf zonasının ərazi təşkili" mövzusunda namizədlik, 2004-ci ildə isə "Sosial-iqtisadi və siyasi coğrafiya" ixtisası üzrə "Azərbaycanda urbanizasiyanın iqtisadi-coğrafi problemləri" mövzusunda doktorluq disertasiyasını müdafiə etmişdir.

O, 2007-ci ildən professordur. Prof.V.Ə.Əfəndiyev 1987-1991-ci illərdə Geologiya-coğrafiya fakültəsində dekan müavini, 1991-1999-cu illərdə yeni yaradılan Coğrafiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1999-2004-cü illərdə BDU-nun qiyabi və axşam təhsili üzrə prorektor, 2004-2011-ci illərdə isə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində işləyib.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Ayten · 12 Yanvar 22:1510

    Qürurumuz getdi çok heyf allah rehmet elesin neslin gözü

    Cavab yaz
  • Anonim
    Ayten · 12 Yanvar 22:1600

    Şerhimi niye vermediz

    Cavab yaz
  • Anonim
    Mahir · 12 Yanvar 22:3711

    ALLAH Rəhmət eləsin! Bütün tələbələri adından. Gözəl müəllimim və gözəl insan.Hər kəsi başa düşüb anlayan MÜƏƏLİM.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.