Ölkə

Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarı Gəncəyə çatdı - YENİLƏNİB - FOTO

29 Dekabr 2018 14:19
8 Şərh     Baxış: 2 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:19

Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının Gəncə şəhərində rəsmi qarşılanma mərasimi olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, qarşılanma mərasimində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış ediblər.

Qeyd edək ki, Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarı bu gün səhər saat 09:00-da yola düşüb. Qatar 4 saat sonra Gəncəyə çatıb.

----------

09:54

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti bu gün Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verib.

Milli.Az xəbər verir ki, sürət qatarı saat 09:00-da Bakı Dəmiryolu Vağzalından yola düşüb. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edəcək.

Qeyd edək ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.