Azərbaycanda Şeyx Zahid Gilaninin 800 illik yubileyi keçirilir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Şeyx Zahid Gilaninin 800 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
Tarix İnstitutundan Milli.Az-a verilən məlumata görə, Şeyx Zahid Gilani Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin ustadı olub.
İnstitutun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, müasir mərhələdə dünyanın ən güclü səfəvişünaslıq məktəbi məhz Azərbaycanda - AMEA-nın Tarix İnstitutundadır: "XVI əsr Avropa mənbələrində Şah İsmayıl Səfəvini sufi və ya İsmayıl Sufi Sultan adlandırırlar".
Akademik qeyd edib ki, İnstitut 2019-cu ildə Şamaxı şəhərində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirəcək:
"Müsəlman İntibah Dövrünün yaranıb inkişaf etməsinə Azərbaycan alimləri öz töhfəsini verib. Türk xalqları arasında islamı ilk qəbul edib onun yayılmasında mühüm rol oynayan Azərbaycan xalqı olmuşdur. Azərbaycanda qədim dövrlərdən Tanrıçılıq təkallahlı dini əsas yer tutduğuna görə islamın qəbul edilib yayılması daha sürətli baş verib. Təsadüfi deyil ki, indi də Azərbaycanda Tanrı və Allah ifadələri sinonim kimi paralel işlədilir".
Konfransda Tarix İnstitutunun ortaəsrşünas alimlərinin "Şeyx Səfi təzkirəsi" və "Dünyanı bəzəyən Abbasın tarixi" əsərlərində məşhur şəxsiyyətlər Şeyx Zahid Gilani və Şeyx Səfiəddin Ərdəbili haqqında məlumatlar", "Lənkəran bölgəsi Azərbaycan mədəniyyəti ocaqlarından biri kimi (XIII-XV əsrlər)", "Lənkəran bölgəsi orta əsrlərdə", "Azərbaycanın cənub-şərq bölgəsində Şeyx Zahid ənənələrinin davamçıları", "Qarabağ bölgəsində Şeyx Zahid məktəbinin izləri", "Şeyx Zahid Gilani Qərb tarixçilərinin əsərlərində" və digər mövzularda məruzələri dinlənilib.
Dekabrın 13-dən 15-dək Lənkəran şəhərində "Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani" mövzusunda beynəlxalq simpozium olacaq. Simpoziumun təşkilatçıları AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyənin Nəcməddin Ərbakan Universitetidir. Tarix İnstitutunun ortaəsrşünas alimləri Lənkərandakı simpoziumda da Şeyx Zahid Gilaniyə həsr olunmuş məruzələrlə çıxış edəcəklər.
Zərif Nisə
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
XƏBƏR LENTİ
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib





