Veteran jurnalistə Mətbuat Şurasının diplomu təqdim edildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Azərbaycan Mətbuat Şurasında Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Zöhrab Zeynallı ilə görüş keçirilib.
Milli.Az xəbər verir ki, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov 80 yaşı tamam olmuş yubiliyar yazarı təbrik edib, ona möhkəm cansağlığı, bilik və təcrübəsini gənc nəslə öyrətmək işində uğurlar arzulayıb. MŞ sədri Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə və anadan olmasının 80 illiyi münasibətilə layiq görüldüyü Azərbaycan Mətbuat Şurasının yubiley diplomunu Zöhrab Zeynallıya təqdim edib. Həmkarımıza Ahıl Jurnalist Məclisinin xatirə hədiyyəsi də verilib.
Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə qocaman jurnalistin gənclər üçün örnək olan ömür yolundan söz açaraq bildirib ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini 56 il əvvəl bitirmiş həmkarımız peşə fəaliyyətinə nüfuzlu "Elm" nəşriyyatında başlayıb, az sonra Azərbaycan Dövlət Teleradiosuna dəvət edilib. Burada o, ölkənin ilk ədəbi-bədii və informasiyalı radio yayımı "Araz" proqramının yaradıcılarından olub. Sonrakı illərdə Zöhrab müəllim Azərbaycan Radiosunda şöbə müdiri, baş redaktor və proqram direktoru vəzifələrində çalışıb, ömrünün yarım əsrə yaxınını radiojurnalistikaya həsr edib. O, Moskvada İctimai Elmlər Akademiyasını bitirmiş bir neçə Azərbaycan jurnalistindən biri olub. Zöhrab Zeynallı bu gün də yaradıcılığını və ictimai fəaliyyətini davam etdirir.
Çay süfrəsi arxasında davam edən söhbətdə yubiliyar göstərilən diqqətə görə razılığını bildirib, ömür yolundan maraqlı epizodlar danışıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Orada konsertinə icazə verilirsə, deməli, səviyyəsi var” - İzzət Bağırov
-
Bu məktəbə gedib-gəlmək üçün 12 km yerimək lazımdır - (Video)
-
"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
“Yakışıklı mısırcı” bir reklamdan sərvət qazandı - (Foto/Video)
-
Bütün binalarda elektrik sobaları olacaq - (Video)
-
Yasamal və Abşeronda işıq olmayacaq
XƏBƏR LENTİ
-
Bu bürclərin kişiləri sizi aldatmayacaqlar
-
“Orada konsertinə icazə verilirsə, deməli, səviyyəsi var” - İzzət Bağırov
-
Bu məktəbə gedib-gəlmək üçün 12 km yerimək lazımdır - (Video)
-
Taksilərin ən bahalı olduğu şəhərlər
-
"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Bəyin üzünü ilk dəfə toyda gördü: Kefi pozuldu - (Video)
-
Ronaldo 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...
-
“Yakışıklı mısırcı” bir reklamdan sərvət qazandı - (Foto/Video)
-
Bütün binalarda elektrik sobaları olacaq - (Video)
-
Yasamal və Abşeronda işıq olmayacaq
-
Oyunda olarkən Bruno Fernandeşin evi qarət edildi
-
Parisin iki rayonunda komendant saatı tətbiq edilib
-
Günün qoroskopu: Pul xərcləyərkən daha ehtiyatlı olmalısınız
-
Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Tünzalə Ağayevanın təmtəraqlı yubileyindən (Video)
-
Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - (Video)
-
Xırdalanda evlər ucuzlaşıb - (Video)
-
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
-
Zelenski müsahibə zamanı ağladı - (Video)
-
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
-
Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
-
Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
-
Sabah Binəqədidə qaz olmayacaq
-
"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb





