Ölkə

Seysmoloji Xidmət Mərkəzi: Teleqüllə ətrafındakı sürüşmədən sonra iki sürüşməyə meyilli zona tapılıb

19 Oktyabr 2018 15:58
1 Şərh     Baxış: 1 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:57

Bakının Səbail rayonunda Teleqüllə ətrafında olan sürüşmədən sonra iki sürüşməyə meyilli zona tapılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, həmin ərazilər də nə vaxtsa sürüşə bilər: "Sürüşmə zonasında tədqiqatlar aparılır və bu proses uzun çəkəcək. Sürüşmənin dərinlik müstəvisini tapmaq lazımdır. Sürüşmənin baş verməsi, istiqamətinin hansı tərəfə getməsini müəyyən etmək və qarşısını almaq üçün addımlar atılacaq. Biz bunun qarşısını almaq üçün iş görürük. Dron çəkilişləri də aparılır, kompleks tədbirlər görülür. Ətraflarda tədqiqat aparılır, lakin üst hissədə tədqiqat aparmaq mümkün deyil. Çünki burada hələ sürüşmə prosesi davam edir".

Q.Yetirmişli qeyd edib ki, ilkin məlumata görə, Badamdar ərazisində sürüşmənin dərinliyi aşağı hissədə 46 metr dərinlikdədir. Yuxarıda hansı dərinlikdə olması isə bilinmir:

"Sürüşmə zonasına Xəzərdə baş verən zəif təkanlar güclü təsir edə bilməz. Ölkədə zəif təkanlar mütəmadi olaraq baş verir. Bunları açıqlamırıq. Hər gün ən azı 5-10 belə təkan qeydə alınır".

------------

15:39

"Əsas məsələ odur ki, sürüşmənin dərinlik müstəvisini tapmaqdır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, minlərlə kubmetr sürüşmə davam edir:

"Biz bunun qarşısını almaq üçün iş görürük. İlk növbədə bu ərazinin elmi cəhətdən tədqiqat işlərini aparıb bunun dərdini öyrənmək lazımdı. Dron çəkilişləri də aparılır, kompleks tədbirlər görülür. Burada hələ sürüşmə prosesi davam edir. Teleqüllə ətrafında olan sürüşmədən sonra iki sürüşməyə meyilli zona tapılıb, nə vaxtsa sürüşəcək. Amma orada 4 ay analiz aparmışdıq".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Əziz Qaralov qeyd edib ki, Qaraçuxur-Zığ sahəsində tektonik qırılma var:

"Zığda vəziyyətini dəyişən evlər müşahidə olunub. Zığ şossesində çökmə tipli sürüşmə baş verib dünən. Ərazinin böyük hissəsi uçub, istinad divarı çatlayıb, dəmir konstruksiyalar dağılıb. Orada həm də piyada səkisi üzərində deformasiyalar görünür. Bu da o deməkdir ki, qabarma var, təzyiq davam edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.