Azərbaycanın uğurları dünya səviyyəsində qiymətləndirildi - Yürüdülən siyasət bəhrələrini verir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında yüksək yerlərdə qərar tutmasının və əldə olunan nailiyyətlərin səbəbi Azərbaycanda aparılan sistemli, davamlı, elmə, dərin təhlilə, metodologiyaya, dünya iqtisadiyyatında baş verən proseslərin düzgün qiymətləndirilərək ona operativ reaksiya verilməsinin və doğru strategiyanın tətbiq edilməsinin nəticəsidir.

Bu barədə Milli.Az-a açıqlamasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov Azərbaycanın Dünya İqtisadi Forumunun yeni Qlobal Rəqabətlilik Hesabatında öncül yerlərdə qərarlaşmasının səbəblərini şərh edərkən bildirib.

Millət vəkilinin fikrincə, bu, həm də bütövlükdə götürdükdə də Prezident İlham Əliyevin ardıcıl, prinsipial və yuxarıda qeyd etdiyim keyfiyyətlərə söykənən sosial-iqtisadi siyasətin nəticəsidir: "Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadi yol xəritəsi hazırlandı, buna uyğun olaraq ölkənin bütün makroiqtisadi göstəriciləri ilə bağlı təhlillər aparıldı, qanunvericilik bazası möhkəmlədirildi. Qlobal Rəqabətlilik Hesabatındakı göstəricilər Azərbaycanda aparılan iqtisadi islahatlar, qeyri-neft sektorunun şaxələndirilmiş şəkildə daha da inkişaf etdirilməsi strategiyasının bəhrələri, sahibkarlığa dövlət dəstəyinin, eyni zamanda siyasi dəstəyin nəticəsidir".


Qeyd edək ki, Dünya İqtisadi Forumu yeni metodologiya əsasında hazırlanmış Qlobal Rəqabətlilik Hesabatını təqdim edib. Əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68 yeni indikator isə daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun 70 faizi tamamilə yenidir.
Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilib. Ölkəmiz ilk hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb. Hesabatın 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Belə ki, hesabatın İnstitutlar, İnfrastruktur, İKT-nin istifadə səviyyəsi, Səhiyyə, Əmək bazarı, Biznes dinamikliyi və İnnovasiya potensialı sütun indikatorları üzrə Azərbaycanın mövqelərinin yaxşılaşması Qlobal Rəqabətlilik Hesabatı tərəfindən qeydə alınıb.

Çox fərəhləndirici haldır ki, Azərbaycan Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanıb. Ölkəmiz əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib.
Yeni metodologiya əsasında hazırlanmış ilk Qlobal Rəqabətlilik Hesabatında ölkələrin reytinqinə birbaşa təsir göstərməsə də, sosial və ətraf mühit performansı üzrə indikatorlara da yer ayrılıb. Azərbaycan ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə yeni nəsil metodologiya əsasında hazırlanmış hesabatda lider mövqelərini qoruyub.
Ölkəmiz dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb. Həmin indikatora əsasən, Azərbaycanın mövqeyi biznesə başlamaq üçün tələb olunan günlərin sayı alt-indikatoru üzrə 17-ci, müflisləşmə normativ hüquqi bazası alt-indikatoru üzrə 17-ci, sahibkarlıq riskləri alt-indikatoru üzrə 21-ci və ideyaların şirkətə təsiri alt-indikatoru üzrə 25-ci olub.

Qlobal trendlər nəzərə alınmaqla tamamilə yeni yanaşma əsasında hazırlanmasına baxmayaraq, Azərbaycan yeni dövrün ilk Qlobal Rəqabətlilik Hesabatında bir neçə indikator üzrə yüksək nəticələr əldə edib. Bu nəticələr Azərbaycanın gələcəkdə digər indikatorlar üzrə də daha yaxşı nəticələr əldə etməsi üçün yeni imkanlar açır.
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı məşhurların həyat yoldaşları ilə FOTOları
-
Maşını oğrulardan qorumaq üçün belə edir - VİDEO
-
DTX-nin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edilib - VİDEO - FOTO
-
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
-
Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb - VİDEO - FOTO
-
Bakıda hava kəskin dəyişir - yağış yağacaq, şimşək çaxacaq
XƏBƏR LENTİ
-
Hamının içində gülüb təklikdə darmadağın olan 4 bürc
-
Son zamanların ən populyar ləzzəti - Dulce de Leche
-
Azərbaycanlı məşhurların həyat yoldaşları ilə FOTOları
-
Bir vaxtlar xəbər aparıcısı idi, indi isə KRALİÇADIR - VİDEO
-
Hovuz suyunun gözlərə zərəri
-
Öpüşmək zamanı etdiyimiz səhvlər
-
DÇ-2026: Niderland - Yaponiya oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB
-
Almanlar bu dünyada "cənnəti yaşayırlar" - Müzakirə yaradan GÖRÜNTÜ - VİDEO
-
Maşını oğrulardan qorumaq üçün belə edir - VİDEO
-
Köçəryanın saxlanılmasının görüntüləri - FOTO
-
DTX-nin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edilib - VİDEO - FOTO
-
Zibil qutusunun dibinə səpin: Qoxunu və milçəkləri uzaq tutur
-
Pəncərə kənarındakı qara ləkələri təmizləməyin sadə üsulu
-
Prezident İlham Əliyev Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib
-
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
-
Dünya çempionatları tarixində ən çox qol vuran komanda oldular
-
Günün qoroskopu: Borc, kredit, investisiyalarla bağlı qərarlarda ehtiyatlı olun
-
Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb - VİDEO - FOTO
-
Bakıda hava kəskin dəyişir - yağış yağacaq, şimşək çaxacaq
-
Azərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu
-
Pezeşkian: Əli Xamenei ilə ABŞ məsələsini şəxsən müzakirə etdim
-
Şamaxı-İsmayıllı yolunda ağır qəza - Maşın aparan evakuator aşdı - VİDEO
-
Paşinyan: Ermənistandan qaçmağa fürsətiniz olmayacaq
-
Egey dənizinin qərbində 5 ballıq zəlzələ oldu





