Ölkə

Saatlıda qətl törədən şəxs: "Qayınanama 7, arvadıma 3 bıçaq zərbəsi vurdum"

26 Sentyabr 2018 19:02
1 Şərh     Baxış: 1 256
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, ekspertlər Rövşən Məmmədov və Qartal Hüseynov Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, İmişli, Beyləqan və Ağcabədi rayon Polis Şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər.

Milli.Az xəbər verir ki, komitə sədri T. Hüseynov report-a bildirib ki, monitorinq zamanı saxlanılan şəxslər onlara qarşı rəftardan şikayət etməyib.

Hüquq müdafiəçiləri Saatlı rayon Polis Şöbəsində qayınanasını öldürüb, arvadını yaralayan Xəyal Həşimovla da görüşüb: "Təqsirləndirilən şəxs saxlanma şəraitindən heç bir şikayət etmədi. O, hadisəni namus üstündə törətdiyini, peşman olmadığını bildirdi. Xəyal Həşimov qayınanasına yeddi, arvadına isə üç bıçaq zərbəsi endirdiyini etiraf etdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.