Ölkə

Bu il elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb - FOTO

25 Sentyabr 2018 13:33
0 Şərh     Baxış: 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsi tərəfindən elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev sentyabrın 25-də Qusarda KİV nümayəndələri üçün nəzərdə tutulan "Gömrük islahatları və modernləşdirilmə" mövzusunda təşkil edilən təlimin açılış mərasimində deyib.

O bildirib ki, 2016-cı ildə elektron ticarətdən 19 min, 2017-ci ildə isə 16 min manat yığıldığı halda, 2018-ci ildə elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb.

İ.Babayevin sözlərinə görə, buna səbəb isə bu istiqamətdə aparılan ardıcıl islahatlardır:

"Hazırda komitə 3 istiqamətdə islahatlar aparır. Əsas məqsəd rüşvət və korrupsiyanın qarşısını almaqdır. İslahatlar beynəlxalq standartlara uyğun həyata keçirilir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.