Ölkə

“Lütfi Zadə həmişə o cür gəzib” - Abidə müzakirələrə səbəb oldu - VİDEO

31 Avqust 2018 17:56
6 Şərh     Baxış: 3 925
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Lütfi Zadənin qəbirüstü abidəsi artıq hazırdır. Ancaq dünya şöhrətli alimin abidəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müzakirəyə yol açanlar abidənin Lütfi Zadəni əks etdirmədiyini və bəyənmədiklərini ifadə ediblər. 

Milli.Az xəbər verir ki, Qafqazinfo sözügedən müzakirələrlə bağlı xalq rəssamı, heykəltəraş Ömər Eldarovla danışıb. Ö. Eldarov qeyd edib ki, büstün ideyası ona məxsusdur: "Abidənin arxasında qranitdən qapı kimi bir şey var. O rəmzdir, elmdir, elmin sahəsidir. Ordan elmə qapı açılır. Həmçinin, riyazi formula da təsvir olunub.  Dünyada bu böyük açılışdır. Bu qapı çox ağırdır, amma Zadə onu açır.  

O, çox sadə adam idi, şəkli necədirsə abidəsi də elədir. Qohumu Cənnət Səlimovayla da məsələhətləşdim. O da deyirdi ki, Lütfi Zadə həmişə o cür gəzib". 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Lütfi Zadənin qəbirüstü abidəsi qoyuldu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.