Daha bir unikal tarixi abidəmiz yer üzündən silinmək üzrədir - Laqeydlik bizi məhv edəcək - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kəndimizin məscidi...
Yarıuçuq, dağılmış...
Kəndimizin məscidi,
Sənin ömrün nağılmış.
Bu misralar jurnalist Fuad Babayevin "Kəndimizin məscidi" şeirindəndir. O, Quba rayonunun Xanəgah kəndindəki məscidin faciəli durumu ilə bağlı şeir yazmaqla kifayətlənməyib. Milli.Az xəbər verir ki, jurnalist bir müddət bundan əvvəl tarixi-dini abidənin şəkillərini çəkib və sosial şəbəkədə paylaşıb.
Milli.Az-a açıqlamasında isə məscidin hazırki vəziyyəti barədə məlumat verən F.Babayev tarixi dini abidəyə laqeyd münasibətdən ürək yanğısı ilə danışıb:

"İlin-günün bu vaxtında abidənin belə acınacaqlı durumda olması ən laqeyd insanı belə məyus etməyə bilməz. "Abidələri Müdafiə Təşkilatı" İctimai Birliyinin rəhbəri Faiq İsmayilov azpress.az saytında dərc edilmiş yazısında qeyd edib ki, abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə Mədəniyyət Nazirliyində yerli əhəmiyyətli abidə kimi (№4660) qeydə alınıb. Elə həmin yazısında ekspert abidənin ümumi görünüşünün, bu tarixi memarlıq nümunəsinin təhlükəli vəziyyətdə olduğundan xəbər verməsini vurğulayıb. Və abidənin unikal formasını, nadir memarlıq quruluşunu, tarixi əhəmiyyətini və əhali üçün xüsusi önəmini nəzərə alaraq, abidənin uçulmasının qarşısını almaq üçün, bərpa edilənə qədər tikilinin təcili konservasiya olunmasının vacibliyinı önə çəkib. Qeyd edib ki, bu barədə yerli icra strukturları, Mədəniyyət Nazirliyi, Azərbərpa Layihə İnstitutu qərar qəbul etməlidir".

Qeyd edək ki, bu məscid XVIII əsrdə tikilib. Sovet dövründə isə məscidin binasından anbar kimi istifadə edilib. Kənd camaatı bir neçə dəfə əllərindən gələn qədər məscidi təmir etməyə çalışıb, amma tarixi abidə davamlı yağış və küləyin qarşısında tab gətirə bilməyib. Artıq məscid sıradan çıxıb və dağılıb. Tarixi abidə kimi qeydə alındığı üçün kənd camaatının onu özbaşına təmir etməyə ixtiyarları yoxdur.

Abidənin inşasında yerli qəlpəli pud daşlardan və əhəng məhlulundan, apsirlərin quruluşunda isə bişmiş kərpicdən və adi pud daşlardan istifadə edilib. Qalınlığı 60-80 sm arasında dəyişən divarların quruluşu özünəməxsusluğu ilə diqqət çəkir. Məscidin tavanının tikintisində taxtadan istifadə edilib, abidənin üzəri kirəmitlə örtülüb. Məscidin yeganə minarəsi tavanın mərkəzi hissəsində quraşdırılıb. Məscidin ümumi vəziyyəti nəzərdən keçirilərkən onun əzəli formasında olmadığı görünür. Belə ki, abidə keçən əsrin əvvəllərində ya yenidən qurulub, ya da təmir edilib. Çünki divarlarda başqa bir islam dövrü tikintisinə məxsus daşlara rast gəlmək olur.

Xanəgah məscidinin unikallığını, nadir memarlıq quruluşunu, tarixi əhəmiyyətini və əhali üçün xüsusi önəmini nəzərə alaraq, milli sərvətimiz olan bu abidənin tam uçulmasının qarşısı alınmalı, bərpa edilməsi üçün tədbirlər görülməlidir.
Zərif Nisə
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Nizami rayon prokuroru vəzifəsindən azad edildi
-
Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq
-
Azərbaycanda elektron ticarətlə bağlı yeni qaydalar gəlir
-
Hərbi xidmətdə bu qaydanı pozanlar 500 manatadək cərimə ediləcək
-
Uşaq bağçasında nöqsanlar aşkarlandı
XƏBƏR LENTİ
-
İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Nizami rayon prokuroru vəzifəsindən azad edildi
-
Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq
-
Azərbaycanda elektron ticarətlə bağlı yeni qaydalar gəlir
-
Hərbi xidmətdə bu qaydanı pozanlar 500 manatadək cərimə ediləcək
-
Ronaldu cəzasının yüngülləşdirilməsini istədi
-
Uşaq bağçasında nöqsanlar aşkarlandı
-
Pensiyalar ödənildi - Rəsmi
-
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
-
Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı
-
Ərinin qətlini sifariş verməkdə ittiham olunan qadından xəbər var
-
Zerrin Özerə daha bir ağır itki
-
“Sabah” mənə 4 dəfə çox maaş təklif etdi” - Mikels
-
Metroda xüsusi rejim tətbiq olunacaq
-
117 yaşlı Kamile nənənin pensiyası kəsildi - (Foto)
-
Avtoxuliqanlığa görə cərimələr nə qədərdir?
-
Avqustda rəis təyin olunan Vüsal İbrahimov vəfat etdi
-
Röyanın gəlinləri və dostları ilə rəqsi diqqət çəkdi - (Video)
-
İşğaldan azad olunmuş bölgələr sürətlə inkişaf etdirilir - Kamaləddin Qafarov
-
Makronun hakimiyyəti çökür? - Fransada minlərlə insan saxlanıldı
-
79 yaşlı rus aktyor 3-cü arvadından da boşandı
-
Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
-
İlkin Çərkəzoğlu vəfat etdi
-
"Məsuliyyəti üzərinə götürəcək şəxslər var idi, amma Nəvai belə qərar verdi” - Vəkil





