Ölkə

SOCAR istiqrazlarının sahibləri 8,75 milyon dollar qazanc əldə ediblər

17 İyul 2018 13:27
Baxış: 1 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişi həyata keçirilib.

İyulun 17-də SOCAR-ın daxili bazar üçün buraxdığı istiqrazlar üzrə növbəti faiz ödənişi həyata keçirilib. SOCAR İstiqrazları sahiblərinin hesablarına hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait köçürülüb.

"SOCAR Capital"dan verilən Milli.Az-a məlumata görə, pullar faiz ödənişindən bir həftə əvvəl Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb, bu gündən etibarən isə investorların hesabındadır.

Bu SOCAR istiqrazları üzrə yeddinci faiz ödənişidir. Bununla da, qeyd olunan qiymətli kağızların sahiblərinin qazancı ümumilikdə indiyədək 8,75 milyon dollar təşkil edib.

Xatırladaq ki, nominal dəyəri 1000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5 faizdir. Faizlər hər 3 aydan bir ödənilir.

Hazırda SOCAR istiqrazları ölkənin fond birjasında ən çox alınıb-satılan qiymətli kağızdır.

SOCAR istiqrazlarının əsas üstünlükləri SOCAR tərəfindən verilən nominal qiymətə alış zəmanəti, likvidliyin yüksək olması, əməliyyatların rahatlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılmasıdır.

Qeyd edək ki, ötən ilin noyabr ayından istiqrazlarla REPO əməliyyatlarına da start verilib. REPO əməliyyatları SOCAR İstiqrazları sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq aşağı faizlə kredit götürmək imkanı verir.

İstiqrazlar üzrə növbəti və bu ilin son faiz ödənişi oktyabrın 17-də həyata keçiriləcək.

Yusif Nəsirli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.