Masazırda "yezid" peyda olub? - 15 gündür su verilmir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Abşeron rayonu Masazır kənd sakini Vüsal Əliyev Milli.Az-a müraciət edərək "Azərsu" ASC-dən şikayət edib. Onun sözlərinə görə, artıq 2 həftədir ki, kəndin bir hissəsinə su verilmir.

"İsti yay günlərində hərə bir cür sərinlik axtarır. Kimi çimərliyə üz tutur, kimi dağ rayonlarına, kimi də sadəcə gündə bir neçə dəfə duşun altında sərinləməklə. Amma biz iyulun 45 dərəcəlik istisində əlimizi yumağa su tapmırıq. Susuzluqdan ağaclar qurumağa başlayıb. Özü də bu nə hansısa əyalət qəsəbəsində baş verir, nə də ucqar kənddə. Bakının 20 Yanvar dairəsindən 15 dəqiqəyə qət etmək mümkün olan Məsazırın bəzi məhəllələrində artıq 15 gündür ki, su verilmir. Masazır əhli 15 gündür susuz qalıb. "Azərsu" bizə zülm edir...
Abşeron Rayon Sukanal İdarəsinə də, "Azərsu"yun "Qaynar xətti"nə dəfələrlə olunan müraciətlər də bəhrəsini verməyib. Sukanal İdarəsindən bildirirlər ki, borularda təzyiq kifayət qədər deyil. Xırdalandakı idarədən isə bizə belə dedilər: "Noolub eee?! İmamlar da su tapmayıb da. Səbr eləyin də". Bizi insan yerinə qoymaq istəmirlər. "Qaynar xətt" isə sadəcə camaatı yola verir.

Camaat sözün əsl mənasında hər gün zülm çəkir. Nizami Gəncəvi, Rafiq Dünyamalıyev, Niyazi, Hüseyn Cavid küçələrində artıq 15 gündür ki, su borularına 1 damla da olsun su vurulmayıb. Məcburiyyət qarşısında qalan sakinlər suyu maşınlarla gətizdirib doldurur çənlərə. Fürsəti fövtə verməyən belə avtomobil sahibləri isə bir reysin qiymətini qaldırıb ediblər 50 manat.
Düşünmək olardı ki, bu bir müvəqqəti çətinlikdir. Amma su işinə baxanların "düzələndə su olacaq" sözlərini eşidən Masazır sakinləri bu "xəmirin hələ çox su aparacağını" düşünür. Həmin o su ki, bəzi məmurların laqeydliyi üzündən ona həsrət qalıblar".

Məsələ ilə bağlı "Azərsu" ASC-nin də mövqeyini öyrəndik. Milli.Az-ın sorğusunu cavablandıran qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Masazırda su probleminin olduğunu təsdiq edib və yaxın zamanlarda onun həll olunacağını bildirib: "Bəli, belə bir problem var. Oğuzda yağıntılarla əlaqədar çaylarda lillənmə olub. Ona görə də suyun verilməsində problem yaranıb. Çayda lillənmənin səviyyəsi azalan kimi suyun verilişi də tam bərpa ediləcək".
Yusif Nəsirli
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
-
Qazaxda evlərin yaxınlığında yanacaqdoldurma məntəqəsi tikilir - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
XƏBƏR LENTİ
-
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
-
Qazaxda evlərin yaxınlığında yanacaqdoldurma məntəqəsi tikilir - (Video)
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?





