Ölkə

Qanunsuz ov edənlər cərimələndilər

11 İyul 2018 12:35
1 Şərh     Baxış: 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin birgə tədbirlər planına əsasən, qanunsuz ov etmənin qarşısını almaq məqsədilə Ağcabədi rayonu ərazisində reyd keçirilib.

Milli.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir ki, reyd zamanı rayonun Üzeyir adlanan sahəsində qanunsuz ov edən iki şəxs saxlanılıb və onlardan 2 ədəd ov tüfəngi, patrondaş, 1 baş qanunsuz ovlanmış çöl donuzunun götürülüb.

Araşdırma zamanı qanun pozucularının Ucar şəhəri sakini Həsən Ələsgərov və Göyçay rayon sakini Ayaz İsmayılov olduğu müəyyən edilib və fakt müvafiq qaydada sənədləşdirilib.

Qanun pozucularının hər birinin İnzibati Xətalar Məcəlləsinə əsasən 2000 manat məbləğində cərimə edilməsi və onlara təbiətə vurduğu 220 manat məbləğində ziyan tətbiq edilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.