Ölkə

Cəlilabadda orta əsrlərə aid aid əşyalar tapıldı - FOTO

19 İyun 2018 13:18
0 Şərh     Baxış: 1 384
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəlilabadda qədim dövrə aid əmək alətləri tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Şatırlı kəndində kənd sakinləri tərəfindən tapılan maddi-mədəniyyət nümünlərindən birinin əkinçilik aləti olduğu ehtimal olunur. Həmin alətdən, iti uclardan ibarət cilalanmış daşa ağac bərkitməklə torpağın qazılması üçün istifadə olunub. Tarixçilər ərazidən tapılmış əmək alətinin nadir mədəniyyət nümünələrindən biri hesab olunduğunu bildirir.

Digər əmək aləti isə qədim insanların daşdan hazırladıqları bıçağın qalıqlarıdır. Yalnız dəstək hissəsi qalan kəsici alətdən bir vaxtlar geniş istifadə olunub.

Şatırlı kəndində qədim dövrlə yanaşı, orta əsrlərə aid olan, üzərində xüsüsi  naxışlar və qayçı işarəsi həkk olunmuş daş da tapılıb. Tarixçilərin sözlərinə görə, bu tapıntının aşkar olunması orta əsrlərdə sözügedən ərazidə  toxuculuğun ən yüksək mərhələdə inkişaf etdiyini deməyə əsas verir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.