Ölkə

Yol Polisi sürücülərə müraciət etdi - Bu məlumatlar 3 gün ərzində yenilənməlidir

13 İyun 2018 13:15
0 Şərh     Baxış: 5 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DİN Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Müraciətdə bildirilir ki, BDYPİ sürücülərin və avtomobil sahiblərinin işini daha da asanlaşdırmaq, cərimə və digər məlumatları vaxtında əldə etmək, bununla da sonradan yaranan müxtəlif problemlərin qarşısını almaq üçün bəzi məqamlara diqqət etməyi tövsiyə edir.

BDYPİ-dən Milli.Az-a verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin (İXM) 125.5-ci maddəsində sürücülərin üzərinə düşən vəzifələr əksini tapıb. Qeyd olunur ki, "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsi sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə, onları 3 gün müddətində yeniləməlidirlər.

Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə daxil edilmiş və İXM-nin 125.5-ci maddəsində nəzərdə tutulmuş məlumatlar ASAN ödəniş sisteminə də göndərilir. Bu o deməkdir ki, sürücülər cərimələr barədə həm elektron poçt, həm Asanpay.az saytındakı elektron kabinet, həm də mobil telefondan pulsuz SMS vasitəsilə məlumat ala bilirlər.

Qeyd edək ki, ki, sözügedən məsələ "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində də əksini tapır.

Sürücülərə rahatlıqları üçün bu cür informasiyaların təqdim olunması tövsiyə edilir.

Yusif Nəsirli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.