Ölkə

DİM xaricdə təhsil alan azərbaycanlı gənclərə müraciət etdi

4 İyun 2018 10:26
0 Şərh     Baxış: 1 937
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər müsabiqə və ya müsahibədən kənar dövlət qulluğuna qəbul edilə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alanlar vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün müvafiq dövlət orqanlarına müraciət edə bilərlər.

Qeyd edilənlərə əsasən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almış şəxslərin vakant dövlət qulluğu vəzifəsi üzrə dövlət qulluğuna qəbulda hər hansı bir çətinliklə qarşılaşarsa, Dövlət İmtahan Mərkəzinə müraciət etmələri tövsiyə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.