Ölkə

Qarabağ atları üzərində şou Böyük Britaniya kraliçasını valeh etdi - FOTO

15 May 2018 12:59
3 Şərh     Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

May ayının 10-13 tarixlərində Britaniya Kraliçası II Elizabetin doğum günü ərəfəsində təşkil olunan "Royal Windsor Horse Show" adlı tədbirdə xalqımızın mədəni sərvəti olan Qarabağ atları üzərində hazırlanmış "Od­lar Yurdu - Azərbaycan" adlı möh­təşəm şou-proqram tədbir izləyicilərinə nümayiş etdirilib və böyük rəğbətlə qar­şılanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 84 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti tərəfindən hazır­lanmış möhtəşəm bədii kompozisiya tədbir izləyicilərinin diqqət mərkə­zində olub, kütləvi informasiya vasitələrində və sosial mediada geniş işıqlandırılıb.

Bu il 75 illik yubileyini qeyd edən "Royal Windsor Horse Show" atçılıq tədbirində Azərbaycan nümayəndə heyətinin 2012-ci ildən işti­rak etməsi nəticəsində tamaşaçılar vətənimizin mərdlik, igidlik, şücaət simvollarından olan Qara­bağ atına valeh olub.

Təsadüfi deyil ki, 1956-cı ildə II Elizabetə hədiyyə olunan ilk Qara­bağ atı - "Zaman" Böyük Bri­taniyada Azər­baycanın qədim atçılıq mədəniyyətini ilk dəfə tanıdıb.

"Odlar Yurdu - Azərbaycan" adlı bədii kom­pozisiyada əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə "Natiq" ritm qrupunun ecazkar musiqi müşa­yiətinin sədaları altında məşqçi Azər Həmzəyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətinin 20 süvarisi Qarabağ atlarının belində inanılmaz və möhtəşəm atçılıq məharəti nümayiş etdiriblər.

Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi 12 dəqiqəlik proqramda əmək­dar artisti Nailə Məm­mədzadənin rəhbərliyi ilə "Sərhədçi" rəqs an­samblı, alov püskürən fa­kirlər qrupu və iki gənc rəssam öz baca­rıqlarını göstəriblər.

12 may 2018-ci il tarixində Azərbaycan nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət Kraliça II Elizabetlə görüşmüş və Qarabağ atının tuncdan hazırlanmış heykəlini rəsmi hədiyyə olaraq təqdim edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.